Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ramiz Rövşən

Ramiz RövşənNəfəs yazarı
Yazar
8.7/10
98 Kişi
409
Okunma
240
Beğeni
12bin
Görüntülenme

Hakkında

Unvan:
Azerbaycanlı Tercüman, Şair, Yazar,
Doğum:
Bakü, Azerbaycan, 15 Aralık 1946

Okurlar

240 okur beğendi.
409 okur okudu.
25 okur okuyor.
212 okur okuyacak.
12 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Səhər ölmək istəyirəm, Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, Necə ölsəm, bağışla.
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik,xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla! "Ölmədim" deyirəm,nə bilim axı, Bəlkə də mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Sayfa 146Kitabı okudu
Reklam
Bu sevgi deyil ki, bəladı, bəla, Bu dibsiz dənizə bizi kim atdı?! Daha nə sən varsan, nə də mən varam; Sən məndə boğuldun, mən səndə batdım...
Bu ne işdi, ay ışığı, Niye yolun menden keçdi?
Sayfa 8
Nə çoxmuş dünyanın yükü. Sevgisi yük, nifrəti yük. Görüşəndə - Söhbəti yük, Ayrılanda - Həsrəti yük.
Ramiz Rövşən
Ramiz Rövşən
Bu yerləri, bu göyləri, Yağış yuyur, gün qurudur. Bu dünyada çox şeyləri, Yağış yuyur, gün qurudur. Gözümüzün yaşını da, Bağrımızın başını da, Qəbrimizin daşını da, Yağış yuyur, gün qurudur. Gələn nədi, gedən nədi? Bələk nədi, kəfən nədi? Bu dünya öz kefindədi, Yağış yuyur, gün qurudur. ...Ulduzların tozunu da, Lap günəşin özünü də, Lap yağışın özünü də, Yağış yuyur, gün qurudur...
Ramiz Rövşən
Ramiz Rövşən
Reklam
Bu görüş sonuncu görüşdü daha, "Bu gün ayrılırıq" deyib gəlmişdin. Bəs niyə mənimlə son ayrılığa Ən gözəl donunu geyib gəlmişdin..?
Ramiz Rövşən
Ramiz Rövşən

Yorumlar ve İncelemeler

Tümünü Gör
256 syf.
6/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ramiz Rövşendən oxuduğum ikinci kitabdır. Ramiz Rövşən dedikdə, sevgi-məhəbbət şeirləri canlanır gözlərimdə. Şairin şeirlərini öz dilindən dinləmək daha zövqlüdür əlbət. Amma kitabı oxumağın da var ayrı bir ləzzəti. Bəzi şeirlər xarici şairlərin şeirlərinə etdiyi tərcümələrdir.(Az qismi) Kitab: "Dünyanın sən olan yeri" "Səni tapşırıram ay işığına" "Yaylığını yel aparır" "Ayrılıq" "Günah" adlı 5 bölmədən və "Xəyanət" adlı kinopovestdən ibarətdir. Müəllif önsöz olaraq qeyd edir ki, "müxtəlif vaxtlarda, xüsusən gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür." "Gənc Ramizin şeirləri" desək, yerinə düşər. Bunu mən demirəm, Ramiz Rövşənin söylədiyi sevdiyim sözlərdəndir. Bir neçə sətir də şerilərindən əlavə edim: Mən elə bilirdim ölərəm sənsiz, Mən sənsiz ölmədim, məni bağışla.. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq? Yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq. Məncə, hər kəs "Ramiz Rövşən dəryası"na enməlidir.
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201989 okunma
88 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Adından da bəlli olduğu kimi kitabda dörd şairin - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirləri yer alır. Mənim ən çox Vaqif Səmədoğlunun və Vaqif Bayatlı Odərin şeirləri xoşuma gəldi. Kitab 88 səhifədi. Şeirlər rahat şeirlərdi. Tez vaxtda oxuyub bitirmək olur.
Dörd Şair, Qırx Dua
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 20157 okunma
728 syf.
9/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Ramiz Rövşən şeirlərində Allaha xitab, Allah sevgisi vardır. Bir neçə misrası vardır ki, sevdiyim, paylaşmaq istədim. 1. Ruhum, dur yığış, gedirik, Sən yuxarı, mən aşağı. 2. Uçan durnalara şeir yazdılar, Ölən durnaların lələkləriylə. 3. Bu yerləri, bu göyləri Yağış yuyur, gün qurudur. 4. Məni saymayanlar axmaqdır, axmaq Onlar nə bilir ki, axı kiməm mən? Məni saymayanlar bir vaxt sayacaq, O vaxt biləcəklər, bir yox, minəm mən! Saymaqla bitməyən, qəlb oxşayan misraları ilə ədəbiyyatımızın sevilən şairi Ramiz Rövşəndən nəfəs qədər dəyərli "Nəfəs" kitabı.
Nəfəs
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006140 okunma