Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ramiz Rövşən

Nəfəs yazarı
Yazar
8.7/10
98 Kişi
412
Okunma
240
Beğeni
12,2bin
Görüntülenme

Ramiz Rövşən Yorumları ve İncelemeleri

Ramiz Rövşən yorumları ve incelemelerini, Ramiz Rövşən kitabı hakkındaki okur görüşlerini , Ramiz Rövşən puanlarını 1000Kitap'ta bulabilirsiniz.
256 syf.
6/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ramiz Rövşendən oxuduğum ikinci kitabdır. Ramiz Rövşən dedikdə, sevgi-məhəbbət şeirləri canlanır gözlərimdə. Şairin şeirlərini öz dilindən dinləmək daha zövqlüdür əlbət. Amma kitabı oxumağın da var ayrı bir ləzzəti. Bəzi şeirlər xarici şairlərin şeirlərinə etdiyi tərcümələrdir.(Az qismi) Kitab: "Dünyanın sən olan yeri" "Səni tapşırıram ay işığına" "Yaylığını yel aparır" "Ayrılıq" "Günah" adlı 5 bölmədən və "Xəyanət" adlı kinopovestdən ibarətdir. Müəllif önsöz olaraq qeyd edir ki, "müxtəlif vaxtlarda, xüsusən gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür." "Gənc Ramizin şeirləri" desək, yerinə düşər. Bunu mən demirəm, Ramiz Rövşənin söylədiyi sevdiyim sözlərdəndir. Bir neçə sətir də şerilərindən əlavə edim: Mən elə bilirdim ölərəm sənsiz, Mən sənsiz ölmədim, məni bağışla.. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq? Yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq. Məncə, hər kəs "Ramiz Rövşən dəryası"na enməlidir.
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201989 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
~ Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə, təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin ~ Kitabda şairin gənclik illərində yazdığı şeirləri (əsasən sevgi şeirləri) toplanıb. Şeir sevgimi artıran kitablardan oldu. Ən çox məktəbli Ramizin yazdığı şeirləri və kitabın sonundakı "Xəyanət" povestini bəyəndim :)
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201989 okunma
Reklam
88 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Adından da bəlli olduğu kimi kitabda dörd şairin - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirləri yer alır. Mənim ən çox Vaqif Səmədoğlunun və Vaqif Bayatlı Odərin şeirləri xoşuma gəldi. Kitab 88 səhifədi. Şeirlər rahat şeirlərdi. Tez vaxtda oxuyub bitirmək olur.
Dörd Şair, Qırx Dua
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 20157 okunma
164 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Ramiz Rövşənə heyran qaldım. İçindəki şeirlər bir-birindən gözəl idi və çoxu insanı düşünməyə sövq edirdi. "Dərs" pyesi isə içimdə sanki bir boşluq hissi yaratdı.
Bu Dünyanın Hər Sifəti
Bu Dünyanın Hər SifətiRamiz Rövşən · Teas Press · 042 okunma
728 syf.
9/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Ramiz Rövşən şeirlərində Allaha xitab, Allah sevgisi vardır. Bir neçə misrası vardır ki, sevdiyim, paylaşmaq istədim. 1. Ruhum, dur yığış, gedirik, Sən yuxarı, mən aşağı. 2. Uçan durnalara şeir yazdılar, Ölən durnaların lələkləriylə. 3. Bu yerləri, bu göyləri Yağış yuyur, gün qurudur. 4. Məni saymayanlar axmaqdır, axmaq Onlar nə bilir ki, axı kiməm mən? Məni saymayanlar bir vaxt sayacaq, O vaxt biləcəklər, bir yox, minəm mən! Saymaqla bitməyən, qəlb oxşayan misraları ilə ədəbiyyatımızın sevilən şairi Ramiz Rövşəndən nəfəs qədər dəyərli "Nəfəs" kitabı.
Nəfəs
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006140 okunma
68 syf.
·
Puan vermedi
·
Beğendi
Ramiz Rövşən - Göyərçinim, gəl görüm / şeirli, şəkilli əlifba Çox sevdiyim şairimiz Ramiz Rövşənin balaca balalar üçün hazırladığı, əlifbamızın  hər bir hərfinə uyğun kiçik şeirlər var kitabda :) Gg Göyərçinim, gəl görüm, Gəl, gəl, sənə dən verim. Axtar, özün də dən gəz, Amma pişikdən gen gəz.
Göyərçinim, Gəl Görüm
Göyərçinim, Gəl GörümRamiz Rövşən · 3 Alma · 20182 okunma
Reklam
164 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Əvvəl “Ön söz”ü oxumamışdım. Şeirləri oxuduqca düşündüm ki, şair niyə nağıldan şeiri götürüb bura yazıb? Sən demə, elə o nağıllardakı, filmlərdəki şeiri də Ramiz Rövşən yazıbmış. Hətta Tıq-tıq xanım cizgi filmindəkiləri belə…Ramiz Rövşəni bu qədər sevib bilmədiyim üçün utandım :(
Bu Dünyanın Hər Sifəti
Bu Dünyanın Hər SifətiRamiz Rövşən · Teas Press · 042 okunma
726 syf.
·
Puan vermedi
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, Xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, səni bağışla Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla.
Nəfəs
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006140 okunma
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.