Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

184 syf.
·
Puan vermedi
·
19 günde okudu
Oshonun qələmini ilk dəfə oxuyurdum, Əslində Oshonun heç bir kitabı özü tərəfindən yazılmayıb ,tələbələrinin mühazirələrindən istifadə edərək ərsəyə gəlmişdir. Kitabda qadının müqəddəsliyini, ilahiliyini vurğulayib. əsrlərdir şərq qadınlarının 'kişilər ' tərəfindən istismar edilməsi xüsusi ilə qeyd olunur .kitab sayəsində bir çox mövzu haqqında yeni baxış tərzim yarandı ,bu kitabda dinlər haqqında fikirləri də diqqətimi cəkdi. Qısqanclığın sevgi olmadığını , bədənimizə nifrət etmək lazım olduğunu bildirən nəsil, cinsəlliyi ayıbmış kimi , ehtirasın sadəcə kisilərə xas xüsusiyyət kimi qələmə vermək, sahiblənmək duyğusunun iticiliyi , qadınların əsrlər boyu qul kimi baxılması və daha nələr nələr .... Mənim fikrimcə Feminizmi ən gözəl izah edən kitablardan biridir .. ölkəmizdə qadınlarla yanaşı əks-cinsin nümayəndələri də bu kitabı mütləq oxumalıdır deyə düşünürəm.
Qadınların kitabı
Qadınların kitabıOsho · Qanun Nəşriyyatı · 2020899 okunma
·
77 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.