·200 syf.····Okunma: 13 Mayıs 2023 00:05 İlk öncə yazıçı haqqında məlumat vermək istərdim.
Qriqori Petrov-XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri idi.Fərqli fikirlərinə görə kilsədən qovulmuşdu.Qovulduqdan sonra isə ədəbiyyatla məşğul olmağa başlamışdır.
Yazıçı ən məşhur əsəri "Ağ zanbaqlar ölkəsi"(1923) kitabını isə Rusiya İmperiyasında baş verən 'Oktyabr İnqilabı'ndan sonra ölkədən qaçdıqdan sonra Finlandiyada yazmışdır.
Yazdığı bu məşhur əsərində olan fikirlərinə görə kitab SSRİ-də qadağan edilmişdir.
Lakin SSRİ-də qadağan olunmasına baxmayaraq yeni inkişafda olan Türkiyə'də böyük maraqla qarşılanmışdır.
Mustafa Kamal Atatürk - kitabla tanış olduqdan sonra bu kitabın türk dilinə tərcümə olunub hərbi məktəblərində tədris edilməsinə göstəriş verir.
Bu cür addımı yalnız Atatürk kimi dahi ata bilərdi.
Məhz buna görə həmin dövrdə Türkiyədə ən çox satılan kitab sıralarında ilk yerləri tutmuşdur.
Əsərdə yazıçı Finlandiyada yaşadığı illərdəki təcrübələri qeydə almışdır.
Yazıçı Q.Petrov bu məşhur əsərində fin mütəfəkkiri Yohan Vilhelm Snelman'ın öz xalqının düşdüyü çətin durumdan çıxarmaq yolunda apardığı əziyyətli mübarizəni ustalıqla şərh etmişdir.
Hər kəs mütləq şəkildə bu gözəl əsəri oxumalıdır.
Xoş mütaliələr.