Gönderi

96 syf.
·
Not rated
·
Read in 18 hours
Lev Tolstoyun yaradıcılığının ən parlaq nümunələrindən biridə İvan İliçin ölümü əsəridir. Bu əsər mənə insanaları anlamağımda çox yardımcı oldu. Ağır xəstə birinin yaşmaq istəyi, eyni zamanda da ağrı və əzaba dözə bilməyib ölümü arzulmağı, sağlam insanlara necə paxıllıqla baxmağı çox təsirli şəkildə əks etdirilmişdir. O bu ağır xəstəliyi boyunca öz həyatını, necə yaşadığını xatırlamağa çalışırdı, elə bu zamanda anlamışdı ki ən xoşbəxt anları uşaqlıq vaxtları idi, sonradan əldə etdiyi uğurların, o can atdığı varlı cəmiyyətin heç bir mənası olmadığını anlayırdı. Və verdiyi səhv qərarların həyatına necə təsir etdiyini başa düşürdü. Xəstəliyi boyunca ona ən təsir edən öz yaxınlarının yalan danışmaığı idi. Bu elə bir yalan idi ki, özüdə inanmaq istəyirdi. Sağalacağına, təkrar əvvəlki kimi güclü, gözəl halına qaydacağına inanadığı yalan. Halbuki heç kimin gərçekləri deməyə cəsarəti olmadı. Hərkəs onun öləcəyini qəbullanmışdı və ondan sonra necə olacağını, iş yerində onun yerini kimin tutacağını belə müzakirə edirdilər. İvan İliç yaşamının son saatlarında həyat yoldaşına, övladlarına yazığı gəldi, onlara verdiyi bu əziyyəti sonlandırmaq istəyirdi. "Ölüm qutardı. Daha ölüm yoxdur." Deyərək son nəfəsini verdi. Bu əsər Uzun müddət təsirində çıxa bilməyəcəyim əsərlərdən biri oldu.
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845.5k okunma
·1 quotes·
140 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.