Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Koreya ədəbiyyatından oxuduğum ilk kitab oldu. Oxumağa başlamazdan əvvəl düşünürdüm ki, kitabda ailədə fərdlərin bir-birinə olan münasibəti, ana-qız münasibətlərindən bəhs ediləcək. Amma düşündüklərimin xaricində fərqli hadisələr və yanaşmalar var idi. Belə ki, kitabdakı ana obrazı qocalar evində işləyən bir baxıcıdır. Tək sahib olduğu isə 30 yaşlı qızıdır. Qızı "eşcinsəl" olur və bir qadınla münasibət qurur. Buna görə həm iş yerində, həm də anası tərəfindən çox yarğılanır. İşlədiyi üniversitetdən atılır, üsyanlara qoşulur. Qız doğru bildiyi şey uğrunda mübarizə aparmağı, haqqı tapdalanmış insanların haqqını tələb etməyi çox şeydən üstün tutur. Eşcinsəl olan bir sıra qadınlara edilən hücumlar, onların döyülməsi və s. qız obrazını daha da mübarizəyə vadar edir. Bu mənim seçimimdir və mən belə xoşbəxtəm deyən qızın bu halı anayı ciddi şəkildə narahat edir. Düşünür ki, savadlı qız böyütdüm, oxutdum, iş sahibi oldu, 30 yaşı var və evlənməli nəsil artırmalıdır. Amma bunu bir qızla necə edəcək? Belə həyatı yaşamağı niyə seçir? Bu kimi suallarla beynini yoran ana qızını anlamaqdan qaçınır. Kitabda əsas irəli sürülən fikirlərdən biri də, "Biz insanları, həqiqətən, anlayırıqmı?"dır. Kitab boyunca ana-qız anlaşılmazlığına şahid oluruq.
Kim Hye-Jin
Kim Hye-Jin
insanları tamamən anlamaq mümkün deyil deyə düşünür. Yazara qatılıram. Kitabda Koreya mədəniyyəti və kültürü barədə də, az da olsa, təsəvvür formalaşdırılır. Yazılış forması mənə bir az qəliz gəldi. Ana obrazı tərəfindən nəql olunur və daha çox monoloqlardan ibarətdir. Tövsiyə edirəm:) Xoş oxumalar
Kızım Hakkında Her Şey
Kızım Hakkında Her ŞeyKim Hye-Jin · İthaki Yayınları · 2023478 okunma
·
174 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.