Gönderi

490 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İnsanın baxışları dəyişə bilər, amma ürəyi həmişə olduğu kimi qalır.
Əsəri artıq bir neçə ildir oxusam da ondan öyrəndiyimi bir gün belə unuda bilmədim. Çünki demək olar hər kəsin ömründə azı bir dəfə qarşısına çıxan vəziyyəti ən gözəl şəkildə izah edir: düzgün şeyi yalnış adama etmək, yalnış şeyi düzgün adama. Qəribədir insan təbiəti. Bəzən ona özü olduğu üçün dəyər verənləri görməzdən gəlib ona istədiyi dəyəri verməyənlərin verdiyi dəyərə möhtacmış kimi yaşayır. Roman, kasıb təbəqənin nümayəndəsi olan baş qəhrəmanımız Martin İdenin varlı burjua ailəsindən olan Ruf adlı qıza vurulması ilə başlayır. Ömrünün çox hissəsi dənizlərdə keçən Martin matros idi və çox vaxt ömrü dava etməklə keçmiş, ətrafındakılar çox da mədəni insanlar olmamışdır. Yarıtəhsilli olan baş qəhrəmanımız Artur adında zadəgan ailənin üzvü olan oğlanı ona sataşan avaraları döyməklə onların əlindən qurtarıb. Sonra Artur ona təşəkkür əlaməti olaraq evinə dəvət etdi və dəvət, bu evdə Rufla ilk dəfə qarşılaşan Martinin bütün həyatını dəyişdi. Ailənin savadına heyran qalan və Rufa qarşı içərisində sevgi hissləri oyanan Martinin Rufun sevgisini qazanmaq və ona layiq olmaq üçün göstərdiyi ağır çabalar da elə buradan başlayır. Martin tamamilə yeni və ona tanış olmayan həyata uyğunlaşmaq üçün dayanmadan kitablar oxuyur, öyrənir və sonunda yazıçılığa başlayır. Spoiler olmasın deyə geri qalan hissəsi barədə yazmıram əsərin. Amma əsərin sonlarına doğru bəzi masqalar düşür, bəziləri taxılır və insanı fikirləşməyə məcbur edir: Görəsən dəyərdimi? Bu roman ilk oxuduğum romanlardandır və ən çox sevdiklərim içərisindədir. Hər kəsə oxumasını tövsiyyə edərdim, çünki insanları tanımaq üçün mükəmməldir.
Martin İden
Martin İdenJack London · TEAS Press · 092,2bin okunma
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.