Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bu kitabı oxuyanlar niyəsə obrazların çoxluğundan və iki nəsil boyu davam edən süjet xəttindən şikayətlənir. Amma nəsillər və ailələr arasında gedən söhbətlər və qeybətlər bizim gündəlik həyatmızın bir parçasıdır... Ona görə bu tip əsərlərdən ən çox elə şərq insanı zövq alar deyə düşünürdüm. Hadisələri obrazlardan biri digərinə nəql etdiyi üçün çox axıcı irəliləyir. Bir neçə gün maraqdan kitabı əlimdən yerə qoymadım, bunu az hallarda yaşadığım üçün fikirlərimi mütləq yazmaq istədim. Əsəri çox vaxt "sevgi romanı" kimi xarakterizə edirlər. Amma mən əsas qəhrəmandan tutmuş evin xidmətçisinə qədər real insanların romanı olduğunu düşünürəm. Bəli, əsər sevgi hekayəsinin üstündə qurulub, lakin bundan ibarət deyil. Sizi inandırım, şirin, xoş bir sevgi hekayəsi oxumaq istəyirsinizsə, bu kitab o kitab deyil. Yox, Leyli və Məcnunun ingilis variantını oxumaq fikriniz varsa, buyurun. Əvvəllər yazıçılar barədə nəsə oxumaq mənə hədsiz sıxıcı gəlirdi. Əsərini oxuyurdum, keçirdim başqa yazıçının əsərinə. Amma bu əsərin yazıçısının həyatına toxunmadan keçə bilmərəm. Emily Bronte - Mənim Bronte bacılardan ilk əsərini oxuduğum yazıçı oldu. Emily, Anne və Charlotte Bronte üç istedadlı yazıçı bacılar olmuşlar. Yaşadıqları 19-cu yüzillikdə qadınlara bir çox sahələrdə olduğu kimi, yazıçılıqda da yuxarıdan aşağı baxıldığı üçün kişi adlarından istifadə edərək əsərlərini nəşr etdirmişdilər. Mənim bu bacılar arasında sadəcə bir və şah əsərini çap etdirən və bundan bir il sonra həyata gözlərini yuman Emily idi. Bir də bilirsiniz nə düşünürəm? Savadlı və uzaqgörən bir atanın əhəmiyyətini. O dönəmlərdə qadınlar sadəcə ev xanımı kimi görüldüyü üçün təhsilli olmalarında heç kim maraqlı deyildi. Amma analarını çox erkən bir yaşda itirən Bronte bacılar ata cəhətdən çox şanslı idilər. Bəlkə də, onları bu qədər elmə, ədəbiyyata və yazıb oxumağa təşfiq edən bir ataları olmasaydı, indi mən də bu kitabı oxuyub ona təhlil yazmırdım. Bu qədər istedadlı bir qadının 30 yaşında bircə əsər geridə qoyub vəfat etməsi mənə ağır gəlir. İngilis ədəbiyyatında qadın qələmindən çıxan əsərlər içərisində Jane Austenin müəllifi olduğu "Qürur və qərəz", "Emma" kimi əsərləri oxumuşam və deyə bilərəm ki, Emilynin dəst-xətti o dövr üçün yenilik idi. Nə hədsiz dərəcədə çox və yersiz formada təsvirlərdən istifadə edir, nə əsas məsələdən uzaqlaşıb kitabı öyüd-nəsihətlərlə doldurur - çatdırmaq istədiyi hekayəni qısa və axıcı şəkildə ifadə edir. Kitabın əvvəlində belə bir cümlə qeyd olunub: "Yazıçının həyatına dair bir çox məqamın qaranlıq olmasına baxmayaraq, əsər onunla bağlı daha bir çox şeyi sirrə çevirir." Əsərin bacılarının əsərlərindən fərqləndiyi haqda da oxudum, amma onları oxumamış bu barədə fikir bildirməyəcəyəm. !! Diqqət, bu hissələrdə spoiler var: Heathcliffin etdiklərini oxuduqca ağlımdan bircə bu sual keçirdi: "Bir insanın nifrəti heçmi tükənməz? Tükənməsini keçdim, azalmazmı?" Elə bir obrazdır ki, ona qarşı nə hiss etdiyimə hələ də qərar verə bilmirəm. Xoşuma gəlir, yoxsa nifrət edirəm, qərarsızam. Əsərə başlayanda acıdığım və mərhəmət hiss etdiyim obraz gözümün qarşısında kin dolu bir məxluqla çevrilir və mən keçmişini bildiyim üçün qınaya bilmirəm. Bəzi nöqtələrdə onun hədsiz hüdudsuz kinindən təngə gəlsəm də, ən xırda peşman olduğunu ya da əzab çəkdiyini göstərən bir monoloq bütün düşüncələrimin üstündən xətt çəkirdi. Çünki Heathcliff normal, real bir insan - bizdən biridir. Onun da gözünü kin bağlayır, o da mərhəmət hissini itirib qəddarlaşa bilir. O da sevgisini əlindən alan insanları bağışlaya bilmir. İntiqamını aldığı halda belə rahatlıq, dinclik tapa bilmir, onu da hissləri ömür boyu narahat edir. İnsan qüsurlu bir varlıqdır və bunun fərqindədir. Bu fərqindəlik bizə bir-birimizi sevməyə şərait yaradır. Çünki birini sevəndə onu qüsurlarıyla birlikdə sevirik. Çünki həmin insanı olduğu insan edən məhz qüsurlarıdır. Heathcliffi də başda qüsurlarını görərək sevdiyim üçün əsərin sonunda belə kin bəsləyə bilmədim.
Uğultulu Tepeler
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 202142,4bin okunma
··
1.126 görüntüleme
Gulay okurunun profil resmi
Çox gözəl analizdir, əllərinizə sağlıq🌸Mən də fikirlərinizin demək olar ki hamısına qatılıram. Heathcliff barədə də tamamilə. Hələ elə bir obraz oxumamışdım. İnsanı dilemmada qoyması elə yazıçının nə qədər uğurlu olmasından xəbər verir,məncə.
Agaeli İsgandarov okurunun profil resmi
Maraqlı yanaşmadır 👌
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.