Gönderi

680 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 30 days
Saatlarca və səhifələrcə bu kitab haqqında danışa bilərəm. İlk baxışdan sadə məişət romanı təsiri bağışlasa da əsər oxunduqca adamı ağuşuna alır, hətta bağlılıq yaradır. Oxuduqca heç bitirməmək keçir ürəyindən. Bunu vurğulayaraq qeyd etməliyəm ki, əsərin möhtəşəm olduğundan xəbərdar idim, lakin bu qədər şedevr olması, hətta həyatımda dönüş nöqtəsi yarada biləcəyi heç ağlımın ucundan belə keçmirdi. Müəllif hisslərini o qədər səmimi, anlaşıqlı dildə yazıya töküb ki, buna məftun olmaq və rəğbət bəsləmək əldə deyil. Bəlkə də mən şişirdirəm, amma bu kitab bütün hisslərimi iliyimə kimi yaşadan ilk kitab oldu. Yeri gələndə güldürdü, yeri gələndə ağlatdı, yeri gələndə hətta o qədər əsəbiləşdirdi ki, kitabı yarı saxladım. Amma daha çox təəcübləndirdi. Çünki demək olar hər səhifəsi əvvəlkindən daha böyük bir şok yaşadırdı. Ceynin nə qədər həssas və sakit təbiətli olsa da, bir o qədər inadkar və qətiyyətli olması, qərarlılığı və dönməzliyi, Mister Roçesterin isə nə qədər sərt və çətin xasiyyətli olub daxilən saf və yumşaq qəlbli olması və bütün buna baxmayaraq hər ikisinin bir-birinə güzəştə getməsi və empatiya qurması bu iki obrazın ziddiyyətlərini tamamlayıb və birləşdirib. Öncə də qeyd etdiyim kimi, bu haqda saatlarla danışa bilərəm, amma bəzi məqamlar var ki onları içimdə saxlamağı daha üstün tuturam, bundan sonra minlərlə fərqli əsər oxusam da bu kitabın yeri və yaşatdığı hisslər məndə həmişə ayrı qalacaq və inanmıram ki bundan sonra da belə möhtəşəm əsərə rast gəlim.
Ceyn Eyr
Ceyn EyrCharlotte Brontë · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 031.7k okunma
·
207 views
Röya okurunun profil resmi
Bu kitabı 2-3 il öncə oxumaq istədim amma bir neçə səhifədən sonra sıxıcı gəldi, davam edə bilmədim. Nə vaxtsa yenidən oxumağı da düşünmürdüm amma bu təhlildən sonra maraqlı gəlməyə başladı
Aysha Qadimova okurunun profil resmi
düzdü, amma hadisələrin əsas gedişatı səhifə 200dən sonra çox axıcı davam edir
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.