Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 günde okudu
Biz
Romandan əvvəl Yevgeni Zamyetin haqqında məlumat verim. 1 fevral 1884-cü ildə Rusyada dünyaya gəlib. Gəmi mühəndisliyin bitirib. Rusya inqilabi hərəkatı zamanı inqilabi hərəkatda iştirak edib. 2 dəfə sürgün edilib. 1920-ci ildə "Biz" romanını yazıb. Ancaq bu romannın çap edilməsinə icazə verilməyib. 1924-cü ildə ingilis dilində çap edilmişdir. Zamyetin 1931-də Parisə getdi. Və ömrünün sonuna kimi yoxsul şəkildə yaşadı. 1937-də vəfat edib. Biz romanı distopiya nümunəsidir. Yazar bu romanda SSRİ-nin tək dövlət olma prisipini pisləyir. Dövlətin inqilab nəticəsində yıxıla biləcəyi düşüncəsindədir. Onun fikrincə, yaşam sonsuz olduğu müddətcə inqilab da sonsuzdur. G.Orwell bu romanı oxuduqdan sonra öz məhşur romanı olan "1984"-ü yazmışdır. Biz rommanı 1984 kimi qaramsal deyildir. "Biz"-də daima ümid vardır. Biz 26-cı yüzillikdə olan bir dövlətdən bəhs edir. Bu dövlətdə bütün insanlar eyni saatda oyanır, eyni saatda işə başlayır, eyni saatda yemək yeyir, eyni saatda yatırlar. Burada hər yer şüşədəndir. Hər şey açıqlıqdadır. Gizli heçnə yoxdur. Bu dövlətdəki bütün insanlar xoşbəxtdirlər. İnsanların adları rəqəm və hərflərdən ibarətdir. Baş qəhrəmanımızın adı D-503-dür. D-503 bir "inteqral" adlı roketin yardıcısıdır. D-503 bir qadınla tanış olur. Və həyatı dəyişir. Bu qadın digərlərindən olduqca fərqlidir. D-503 artıq hamı kimi olmaqdan çıxır. Düşünməyə başlayır, hiss etməyə başlayır. Və düşünür ki, bir xəstəliyə tutulub. Çünki yaşadığı dövlətdə bu tip şeylər baş verə bilməz. D-503 baş verən hadisələri gündəlik olaraq öz qələmindən yazır. Məncə çox maraqlı və düşündürücü bir romandır. Romanı oxuyarkən öz-özümə: İnqilab baş verəcəkmi? Baş verəcəksə necə olacaq? D-503 burda necə rol oynayacaq? Sualların verirdim. Sizlərə də oxumanızı tövsiyə edirəm.
Biz
BizYevgeni İvanoviç Zamyatin · Ayrıntı Yayınları · 20189,2bin okunma
·
68 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.