Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
7/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Canavar kimdir?
Stephen Crane tərəfindən yazılmış maraqlı bir hekayə. Hekayədən çox, novella desək düzgün olar. Kitabda, əvvəla, heç sevmədiyim bir cəhəti qeyd edim ki, həddindən artıq insan adı çəkilir. Fərqli adlar tez-tez istifadə olunur. Lazım olmayan, oxucunun diqqətini verməməli olduğu obrazlar daxil edilir və birdən yoxa çıxır. Bu da baş qarışdırır. Novellada, əsas hadisədə həkimin evində yanğın baş verir və oğlu da evdə olur həmin an. Həkimin atlarına qulluq edən, həmçinin faytonlara nəzarət edən sadiq bir işçisi -Henry Jhonson oğlanı xilas etməyə çalışarkən ağır yanıq xəsarətləri alır və üzü tamamilə yanır. Üzü çox qorxunc göründüyündən, ona "Canavar" deyirlər. Hətta onu öldürməyi düşünənlər, onu yanğın çıxarmaqda təqsirkar görənlər də olur. Cəmiyyətdə bir axmağın yaydığı şayiə bir insan haqqında yanlış təsəvvürlər formalaşdırır. Əsasən də, kitabda cəmiyyətin "canavar" olması sətiraltı ifadə olunur. Canavar kimdir? Bəlkə də, elə bu ikiayaqlı insan kütləsi. Hansılar ki, sözləri canavar dişindən daha yaralayıcı olan insanlar.
Canavar
CanavarStephen Crane · Türkiye İş Bankası Kültür Yayınları · 20193,198 okunma
·
107 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.