Puan vermedi·96 syf.··
2023 15. kitabı
Ölülər... görəsən bu adı Cəlil Məmmədquluzadə Şeyx Nəsrullahın ölüləri diriltmə macəraslna görə vermişdi?Yoxsa ona inanan oyanmalı olan insanlar üçün bu adı seçmişdi.Maraqlıdır. Kitabı bitirdikdən sonra ilk düşündüyüm ,həqiqətən insanları diriltmək mümkün olsaydı necə olardı? Çünki bir müddət sonra insanların yoxluğuna alışılır hətta yerinə başqalarıda qoyulur nə qədər diriykən sevmiş olsalarda.Ölənlər qayıdandan sonra vəziyyət necə olardı bir müddət düşündürdü məni) 2 ci düşündüyüm isə bu zaman kəsiyindən götürüb məni 100 il əvvələ atsaydılar necə yaşıyardım onların içində?İskəndəri anlamağın tək yolunu bunda tapdım .Düzdü İskəndər başqa zaman kəsiyində deyildi amma başqa düşüncədə idi .Daha doğrusu cahil cəmiyyətin alim insanı idi.Yəqin İskəndər içkili olmasa ya dəli olardı ya intihar edərdi deyə düşünürəm. Bir məsələni də daha çox anladım.Hansıki bəzi yerlərdə müsəlmanlara qarşı kinli davranırlar .Düşünürəm ki buna "Yalançı İmamlar" səbəb olmuşdur.Hansı ki öz keflərinə uyğun din yaratdıqları üçün."Bunu belə etmiyin Allah bağışlamaz" "Bunu belə etməyin günahdır" tipli ifadələrlə içində Allah sevgisi və ya qorxusu olan cahil insanları əsarəti altına alırlar. Çox təəsüfki hələ də öz düşüncələri ilə hərəkət etməyi bilməyən,özünü dindar kimi aparan birini ilahileşdiren insanlar mövcuddur.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,278 okunma
·
164 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.