Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

516 syf.
9/10 puan verdi
·
16 günde okudu
☆ Jo Nesbonun yazdığı Harry Hole seriyasının dördüncü kitabı olan Nemesis kitabını bitirdim. Seriya davam etdikcə daha da yaxşılaşır və qatili və ya günahkarı tapmaq get-gedə çətinləşir. 》Bu dəfə dedektivimiz həll etməyə çalışdığı məsələ bir bank soyğunçuluğudur. Amma deyə bilərsiz cinayət şöbəsinin oğurluq məsələsi ilə nə əlaqəsi var. Elə ən qəribə tərəfi burda başlıyır. Soyğunçu qarəti müvəffəqiyyətlə yerinə yetirir. Lakin buna baxmayaraq, o bank işçisinin ona pulları gec verməsi ucbatından şöbə müdirinin vəhşicəsinə başından güllələyir və onu öldürür. Bununla belə məsələyə cinayət araşdırma şöbəsi yəni Harry Hole daxil olur. Bütün bunlarla paralel Harry'nin öz şəxsi həyatından da problemlər baş verir. Belə ki, Rakel Oleg ilə birgə Moskvaya getmişdi. Rakel burda Oleg'in rəsmi olaraq onda qalması üçün məhkəməyə müraciət edib. Harry isə Oslodadır. Bu zaman onun köhnə sevgilisi Anna ilə qısa müddətli əlaqəsi olur. Qısa olmasının səbəbi isə Annanın evində ölü tapılması idi. Annanı son görən isə Harry idi. Lakin bundan polislərin və digərlərinin xəbəri yoxdu. Harry Annanın cinayətini araşdırarkən dayısının məşhur bank soyğunçusu olduğu öyrənir. Bəs görəsən bu iki cinayət arasında əlaqə var yoxsa yox?! Beləliklə Harry həm Annanı öldürən qatili həm də bank soyğununu gerçəkləşdirən şəxsi axtarıb, tapmağa çalışır. (Spoiler"li hissə) 》İlk öncə onu qeyd edim ki, yazarın fərqli millət və insan topluluqlarına toxunması çox gözəl davranışdı. Bu dəfə Anna və onun dayısı (sonradan məlum oldu ki, atasıdı) Raskolun gözü ilə qaraçılardan danışılmışdı və əslində bir çox fərqlilikləri ilə ön planda olan insanlar kimi onların da bu həyatda öz yerlərini tapması xeyli çətindi. Həmçinin kitabda bir məsələnin həlli digərinin açarı rolu oynuyurdu. Amma bu bizim gözlədiyimiz şəkildə baş vermirdi. 》Açığı kitab bəzi nöqtələrində dedektiv kitabından çıxıb intriqa, qisas və sevgi romanına doğru gedirdi də yazar sonda yaxşı birləşdirdi. Annanın ölümünün səbabkarının özü olduğunu kitab boyu Nemesisə olan istinadlar ilə tutmaq olurdu. Ona görə bu məsələnin həlli məni təəccübləndirmədi. Amma Annanın qisasının yanlızca Harry ilə əlaqəli olduğunu düşünürdüm. Amma Annanın planı daha böyük idi. O həm ailəsindən, həm Harry, həm Arne Albudan, həm də Gunnerud intiqam alır. Nə qədər dəlilik olsa da o istəyinə nail olur. Onun istədiyi sevgi idi. Amma Anna həm ailəsindən həm də birlikdə olduğu insanlardan ,həttə zərərli maddələrdə belə bu sevgini tapa bilmir. Nəticədə onun qisası isə öz ölümü ilə ətrafındakıları cəzalandırmaq bəlkə də onların daim yaddaşlarda qalmaq olur. (Təbii ki, kitabda da qeyd olunduğu kimi Annanın narsist olduğunu gözdən qaçırmaq olmaz. Mənə görə onun bu məsələni həll yolu özünü öldürmək olmamalı idi.) Anna ilə əlaqəli olaraq Raskolun həyatına da baxma şansımız olur. Onun qədər nüfuslu, güclü və ağıllı birinin polislər tərəfindən saxlanıla bilməsi isə onun öz istəyi idi. Çünki soyğunçunun məqsədi pul oğurlamaq idi amma o Beate'nin atasını öldürmüşdü. Nəticə özünü ən sevdiyi şeydən yəni azadlıqdan məhrum edərək günahını təmizləməyə çalışırdı. Bu onun öz beynində olan məsələsi idi və başqalarına qəribə gələ bilərdi. Eyniylə onun qızı olduğu ortaya çıxan Annanın da etdiyi qisas onun özü ilə əlaqədar idi və başqaları bunu başa düşə bilməzdi. Raskolun həyatı isə bizə soyğunçunun qətl törətməsinin səbəbini ortaya çıxardı. Raskolun qardaşı ilə ayrıldığı bir nöqtə var idi o da onun sevdiyi qadının qardaşının da sevdiyi insan olması idi. Eyniylə əslində bu məsələdə də açar nöqtə bu idi. Harry soyğunçunun şöbə müdürünə silah yönəltdiyi zaman olan videosunu dəfələrlə izləmişdi. İnsanlarda yadlara qarşı ən təhlükəli anda belə məsafə həddi olduğunu bilirdi. Amma soyğunçu ilə şöbə müdüri olan qadın arasında bu yaxınlıq lazım olandan çox idi. İlk növbətə Harry anladı ki, qadın və soyğunçu bir birini tanıyır. Burdan yola çıxaraq qadının həyatını araşdırdı. Sonda Harry günahkarın Lev Grette olduğunu düşündü. Bu adam qadının həyat yoldaşının qardaşı və əvvəllər də bank soyğunu ilə məşğul olan biri idi. Yəqin ki, qadın elə buna görə təəccüblənmişdi. Amma Harry sonradan anladı ki, bu məsələnin mərkəzində eyniylə Raskolun qardaşı ilə olan məsələsi kimi eyni qadını sevmək dururdu. Qadını öldürən də elə onun əri idi. Trond Grette mükəmməl plan qurmuşdu amma onun mükəmməliyi qan görməyə dayana bilmədiyi üçün korlandı. Bu da onun sonunu gətirdi. 》Ellenin cinayətinin arxasında duran Tom Waalerin hələ də ortaya çıxmaması yəqin ki, bu kitabda məni əsəb edən tək nüans oldu. Amma ümid edirəm ki, gələcək kitabda artıq bu məsələ həll olunar və çox uzadılmaz. Seriyaya yeni daxil olan Beate isə favori rollarımdan birinə çevrildi. Ağıllı olmasına baxmayaraq eyni zamanda gəncliyinin təcrübəsizliyini əks elətdirən bu rolu digər kitablarda da görmək çox maraqlı olacaq deyə düşünürəm ♡ Harrynin şəxsi həyatında Rakel ilə Olegin yeri isə artıq dəqiqləşdi. Açığı bundan əlavə olaraq bu kitabda əsas rolumuzun öz həyat hekayəsində möhtəşəm bir irəliləyişinə şahid olmadıq.
Nemesis
NemesisJo Nesbo · Doğan Kitap · 2022784 okunma
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.