Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
10/10 puan verdi
·
Beğendi
Ədəbiyyatımızın incilərindən...
Bu cür tanınmış və çox bəyənilmiş kitablara qarşı istəmsiz bir antisimpatiyam var. Bu kitabı bir təsadüf əsəri satın aldım. Yaxşı ki, alıb oxumuşam dediyim kitablardan biridir. Əsəri oxuduqca əslində 19-cu əsrdəki düşüncə tərzinin indi də çox dəyişmədiyini anladım və buna çox təəssüf etdim. Əsərin baş rolu Cahandar ağa obrazı əsərdə diqqəti ən çox cəlb edən obrazlardandır. Belə ki, Cahandar ağa o dövrdə yaşayan orta statistik bir Azərbaycan kişisi idi. Namus, qeyrət, ad-san yolunda öz doğma bacısını, ən yaxın dostu olan atını - Qəməri qətl etmiş bu obraz eyni zamanda başqa bir kişinin namusuna toxunaraq onun arvadını qaçırır. Əslində ölümünə yaxın öz səhvini anlayır. Lakin gec olur... Əşrəf, poçt Əhməd, A.O.Çernyayevski və digər maarifpərvər obrazların maarif üçün apardıqları mübarizə çox gözəl təsvir olunub. Maarifin, elmin, təhsilin önəmini əsəri oxuyarkən dəfələrlə anladım. Hər kəsin oxumalı olduğu kitablardan biridir. Tövsiyə edirəm...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014745 okunma
·
117 görüntüleme
Sabina okurunun profil resmi
Oxuduğum kitablar arasında ilk dəfə bu kitabı oxuyanda bu kitabı ikinci dəfə də oxumalıyam dedim. Kitabda sinfi ayrıseçkilik, millətin maariflənməsinin qarşını almaq üçün din adı altında mollaların özbaşınalığı, milləti öz torpaqlarında yadlaşdırma siyasəti, Azərbaycan adət ənənələri bir sözlə 19-cu əsr Azərbaycan necə idi çox mükəmməl əks olunur.Mənim üçün çox özəl bir kitabdı. Poçt Əhməd obrazının isə məndə xüsusi bir yeri var.
Müjgan Ahmedzade okurunun profil resmi
Tam şəkildə qatılıram...
Rüqəyya Şükür okurunun profil resmi
Ahahaa məndədə elə bir antisimpatiya var😂 tək deyilsən🙊😉
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.