8/10
·368 syf.··
2023 16. kitabı
·
21 günde okudu
·
Okunma: 20 Mayıs 2023 00:00
“Məhbus özü də bilir ki, o, məhbusdur, səfildir və rəis qarşısında öz yerini bilməlidir; amma heç bir damğayla, heç bir qandalla ona insan olduğunu unutdura bilməzsən. Bir haldaki, o, həqiqətən də, insandır, deməli, onunla insan kimi rəftar etmək lazımdır. İlahi! Axı insani rəftar hətta qəlbində ilahi ziyanın çoxdan söndüyü bir məxluqu da insan edə bilər.” Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin “Qoqola məktub”unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdir. Cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. On ilin sonunda unudulmuş biri olaraq Peterburqa geri dönmüşdür. Dostoyevskinin “Ölü evdən qeydlər”də Sibirdə keçirdiyi illərin, məhkumiyyətin, həbsxanın görünməyən bütün acı həqiqətlərini oxuculara o qədər ifadəli şəkildə çatdırır ki “çar” kitabı oxuyarkən göz yaşlarına boğulur. Və Dostoyevkinin şöhrəti əvvəlkindən daha yüksək və daha dayanıqlı olaraq yenidən inşa edilir.
Hayat
Ölü Evdən QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201318,7bin okunma
·
146 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.