Puan vermedi·239 syf.····Okunma: 26 Mayıs 2023 20:04 Grafik dizayn sahəsi ilə maraqlananlar üçün ideal başlanğıc ola biləcək kitabdır. Ümumi dizayn anlayışı, tipoqrafikanın dizaynda rolu, şriftlər, onların doğru istifadəsi və s. kimi mövzular haqqında geniş məlumatlar verilir. Kitabda yazıçının verdiyi tövsiyələrə əməl etməklə bu sahədə yaxşı bir yol müyyən etmək olar. Tipoqrafika haqqında bilikləri genişləndirmək üçün yazıçı kitabın sonunda bizə əlavə ədəbiyyat da təqdim edir. Bu sahə ilə maraqlanıb heç bilgisi olmayan biri üçün çox faydalı olacağını düşünürəm. Dizayn sahəsində öz dilimizdə mənbə tapmağın çətin olduğunu nəzərə alaraq, kitabın öz dilimizdə olması da ayrı sevindirici bir haldır.