Nə qədər tanıyırsan həyatı? Bəs özünü? Düşüncələrin harada başlayıb harada bitir? Nələri idarə edə bilərsən? Bəs idarə edə bilmədiklərin, onlar necə olsun? Hansı mərkəzində dayanmısan dünyanın? Sənin dünyan hansı istiqamətdə dönür? Bütün suallarının cavabı var, məsələn? Nə qədər dürüstsən sevdiklərinə? Heç aynanı özünə tərəf çevirdiyin olur? Bəlkə, səhv səndədir? Eqoistliyini görürsən heç? Yoxsa, o tərfədə hər şey idealdır? Sükutu hiss edirsən? Yaxşı dinlə ola bilsin əbədi qaldı..
#düşüncələrdə
“..sadiqlik ləyaqət hissinin ən birinci əlamətidir, sadiqlik bizim həyatımıza bütövlük verir, əks halda, o, minlərlə saxsı parçası kimi saysız-hesabsız dəqiqəlik təəssüratlara bölünərdi.”