Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

224 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Ağ zambaqlar ölkəsi - 1923 cü ildə
Grigory Petrov
Grigory Petrov
tərəfindən Finlandiyaya müxtəlif vaxtlarda etdiyi səfərləri əks etdirən bir kitab. İlk dəfə 1923 cü ildə Sarayevo şəhərində nəşr olunub. Kitab Yohan Vilhelm Snelmanən öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. Əsərdə Finlandiyanın uzun müddətli müstəmləkdən sonrakı vəziyyəti haqqında danışılır. Finlandiya mədəniyyəti, təhsil sistemi, idarəetmənin sistemi və s. haqqında geniş məlumat verilir. Türk dilinə tərcümə olunan kitab Mustafa Kamal Atatürkün göstərişi ilə Türkiyədəki hərbi məktəblərdə tədris olunmağa başlayır . Kitab Azərbaycan dilinə isə ilk dəfə 2016 cı ildə Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyət nəticəsində tərcümə olunmuşdur. Kitab XX əsrin əvvəllərində yazılıb, müxtəlif dillərə tərcümə olunub, hər kateqoriyadan olan milyonlarla insan tərəfindən oxuyub və hələ də oxumamağa davam edir. Lakin kitabda çatdırılmaq istənən fikirlər bizə nə dərəcədə aydındır bu sual altındadı. Məsələn: Finlandiya təhsil sistemi özəl məktəbləri açılmasına,universitetlər və məktəblər arasında rəqabətə qarşıdır, lakin bu gün bizdə sayı günü gündən artan özəl məktəb və universitetlər fəaliyyət göstərir. Və həmin məktəblər öz aralarında hər baxımdan rəqabət aparır.( Böyük əksəriyyətində isə bu rəqabət daha yaxşı təhsil verilməsi istiqamətində deyil). Finlandiya təhsili hər kəs üçün əlçatan olmasına çalışır, bizdə isə gündən günə təhsil bahalaşır. Təhsil maarifləndirmə yox da biznes, qazanc, xüsusi bir gəlir gətirən fəaliyyət sahəsinə çevrilib.. Kitabda finli uşaqların 16 yaşa qədər heç bir imtahanda iştirak etmədiyi deyilir. Amma bizdə az qalırlar bağçaya belə imtahanla götürsünlər.)) Məktəblər uşaqların bilikləri kortəbii öyrənməsinə qarşı çıxmalıdır deyilir,amma təhsil sistemi uşaqlara tamamilə əzbərçiliyi aşılayır. Uşaqlara seçim haqqı tanımalı, özlərini kəşf etməsinə şərait yaradılmalıdır. Çünki,kitabda deyildiyi kimi,-"Baskıcı, isteksizce ve birileri tarafından zorla yaptırılan işler ve bunun için harcanan emek ağır ve ezici bir emekken; insanı canlandırarak, tıpkı bir kuş gibi kanatlandıran özgür ve yaratıcı emek insanları motive etmektedir.. " Amma yenə də ailəsi tərəfindən seçilmiş sahələrdə çalışmaq məcburiyyətində olan , özlərini təsdiq edə bilməyən minlərlə gənc var. Snelmanın da dediyi kimi hər kəs özünün daha yaxşı olduğu sahədə kral ola bilər. Kitabda mütəfəkkirlər xalqın maariflənməsi üçün çalışmalı vəzifə başına keçdikdən sonra öz səlahiyyətlərindən sui- istifadə etməməli deyir, amma bir çox məmurlar sözün əsl mənasında sanki səlahiyyətlərini tanrıdan alıblar. Xalqla maraqlanmır, xalqın problemləri onları narahat etmir və bunun kimi daha nə qədər problem. Bir sözlə bu kitab məncə kifayət qədər oxumayıb hələ də... Ən azından bizdə belədi....
Beyaz Zambaklar Ülkesinde
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Ephesus Yayınları · 202099bin okunma
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.