Salam.
Əvvəla, "Doppler" Erlend Loe'in qələmindən oxuduğum ilk kitab oldu, amma əminəm ki, son kitabı olmayacaq. Kitab ilk sətirlərindən oxuyucuya maraq hissini oyatmağı bacarır. Oxuyucuya xoş təəssüratlar bağışlamaqla birlikdə həm də düşündürür.
Hər şey baş qəhrəmanımızın velosipetdən yıxılmağı ilə başlayır. O, gün demək olar ki onun çevrilişi olur. Bütün işini, qazancını, hətta ailəsini də tərk edib meşəyə köçür.Sadə şəkildə,anlaşılır dildə yazılmağına baxmayaraq əsərin alt mətnində bir çox incə və həyatlarımızdan nüanslar tapmaq mümkündür.
Hər birimiz dərs, iş, ailə və.s kimi mövzularda çətinliklərlə üzləşirik. Bəzən uğurlarımız və ya uğursuzluqlarımız olur. Kitab da həyatın uğur və ya uğursuzluqlardan ibarət olmadığını, yaşamağın özünün bir iş ola biləcəyini bizə göstərməyə çalışır. Yəqin ki, hər birimiz eşitmişik " torpaqdan yarandıq və torpağa da qayıdacağıq". Amma bir çoxlarımız bunu unuduruq. Baş qəhrəmanımız Andreas Doppler bizə bunu xatırlatmağa çalışır. Bizim Doppler kimi hər şeyi qoyub-gətmək üçün bir fürsətimiz olmaya bilər. Hər birimiz eyni fürsətlərlə eyni bacarıqlarla doğulmaya da bilərik, amma məncə dönüb həyatlarımızda yaşamağa dəyər səbəblər tapa bilərik. Mən həyatımda səbəbi oxuduğum kitablarda tapdım. Ən çətin vaxtlarımda kitablarda çətinliklərimə cavab tapa bildim. Cavab tapa bilmədiyim vaxtlar da isə onlar vasitəsilə bir saatlıqda olsa sakitləşə bildim. Ümidim hərkəsin özü üçün yararlı vasitə, məkan tapa bilməyidir.