Gönderi

Körpülərin yıxıldı, sən onu səhvlərindən keçə-keçə unutdun. Dünən ayaqlarına qaça-qaça sevirdin, içə-içə unutdun. O da səni unutdu, gedənlər ayrılığın adını qismət qoyar. Həyatdı da, gün gələr, xətrinə can qoyduğun ətrinə həsrət qoyar. Elə gözəl gedər ki, göydən düşən hər ulduz gedəninə bənzəyər. "Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan bədəninə bənzəyər. Sənsiz nə edə bildi, gözlərinin yaşını qurutdu, qurutmadı? Daha sevməkdən keçib, ləçəkləri qopar, de: "unutdu, unutmadı..." Ya da bəlkə, hələ də səni unuda bilmir unutduğun həmin qız. Kitabın arasında çiçəyin əvəzinə qurutduğun həmin qız.
El Roman
El Roman
··
69 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.