Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

306 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitabı oxumazdan öncə düşüncələrim fərqli idi. Və kitab haqqında öncədən bir məlumatım yox idi. Kitabı oxuduqca özümü Amerikan filmlərindəki araşdırmacı adamlar kimi hiss etdim:D.. özəlliklədə bəhs edilənlərin təsvirlərlə göstərilməsi çox gözəl olub. Kitabda din mövzusunada toxunulur. Din haqqında çoxda məlumata sahib biri deyildim. Ancaq ətrafımdaki insanların ötəri söhbətlərindən bir şeylər bilirdim. Kitab isə mənim hər şeyi ayrıntılı şəkildə öyrənməyimə səbəb oldu. Artıq azda olsa bir şeylər bilirəm. Və kitabı oxuqca etiraf etməliyəm ki, beynimdə suallar yarandı. Öncələr sorğulamadığım və heç düşünmədiyim şeyləri düşünməyə vadar etdi. Kitabı oxuduğum sırada kitabxanaya gedərək din haqqında bir neçə kitaba nəzər yetirdim. Və son getdiyimdə də buna son verməsəm dahada çıxılmaz yola düşəcəyimin fərqinə vardım. Kitabda həmçinin Yadplanetlilər haqqında da bəhs edilir. Və ən maraqlı hissəsidə Qaraqanın qaranlıq meşədə qatıldığı ritual hissəsi oldu. Ən son hissədə isə beynimdə böyük bir sual işarəsi yarandı. Məncə kitabı oxumadan öncə qısa məzmunu öyrənsəniz yada ön baxış keçirsəniz daha yaxşı olar.
İkinci Addım
İkinci AddımQaraqan · Zero Nəşriyyat · 2014751 okunma
·
113 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.