Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

687 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Cinayət ya ədalət?
Yoxsulluğun,ayrı seçkiliyin,əziyyətin cinayətə sürüklədiyi bir gənc... Kitab neçə illər öncə yazılmasına baxmayaraq bəzi şeylər dəyişilməyib təəssüfki.Bəlkə daha da ağır hal alıb. İnsan üçün ən çətin şey,hər gün insan qalabilməkdir.. (Çingiz.A.) Cinayətin səbəbi onu etməyə haqq qazandırır? "Her kes bir yoldan zengin oluyordu,ben de bu yoldan çabucak zengin olacağımı düşündüm.Havadan,çabucak zengin olmak... Çalışıp-çabalamadan!...Bir kez hazır yemeye,başkasının emeğine yaslanıp,asalak geçinmeye alışılmaya görsün,işte böyle saati gelince herkes hünerini göstermeye başlar" (səhifə 186) Səbəb budur bəlkə də...Asan,zəhmətsiz yaşamağın üstünlüyü hamını cəzb edir,axı mən niyə elə həyat yaşamıram? Yaşadığım çətin həyatın qarşılığı nə olacaq? Əslində qatillər içindən heç mi varlı,imkanlı insanlar çıxmır? Bəs onları nədir buna məcbur edən? Onları da məcbur edən özünü başqalarından üstün görmə,eqoistlik,bəzən isə sadəcə əyləncə olsun deyə öldürürlər. Raskolnikov isə öz ideologiyası uğruna edir,amma özü də qeyd etdiyi kimi asan deyil Napoleon olmaq.İnsan qanına bulanmış tacı daşımaq asan deyil,olmamalı idi də. Nəticə olaraq hər iki təbəqə də fərqli "səbəb"lərlə kiminsə canını,həyatını almağa özündə haqq görür.Bu haqqa sahib olmadığımızı düşünmürük.Yaşadığımız həyatda nəyinsə yanlış getdiyini düşünürük və onu düzəltmək istəyirik,əlimizdə olmayan şeyləri belə... Məhz bunun düzgün olmadığını Raskolnikov bizə göstərdi.Öz iç dünyası ilə necə məhv olduğunu,nəyə niyə qadir olmadığımızı bizə göstərdi.Bəlkə də yaradılışımızda bu olmadığı üçün,yaranışımızda məhz sevgi olduğu üçün sonda da sevgiyə ehtiyacımız olduğu,əsas həyatda tutanabiləcəyimizin sevgi olduğunu gördük. Son olaraq hekayənin sonunu fərqli gözləyirdim,daha gözlənilməz olacağını düşünmüşdüm. Bəlkə də elə Raskolnikova yaraşan final bu idi...
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022159,8bin okunma
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.