Gönderi

Puan vermedi·910 syf.··
2023 7. kitabı
·
43 günde okudu
·
Okunma: 03 Haziran 2023 13:37
Çoxumuzun uşaqlıqda adını mütləq eşitmiş olduğumuz əsər. La Mancha’lı Yaradıcı Soylu Don Quijote. İlk kitab idi ki, oxuduqca gülürdüm :) Don Quijote’un yaxşılıq eləmək istədiyi halda düşdüyü gülünc vəziyyətlər, mehmanxananı saray kimi görməsi, düşməni dost, dostu düşmən bilməsi, Sancho Panza’nın şirinlikləri, qəribə zarafatları, durmadan ard-arda sıraladığı atalar sözləri məni çox əyləndirdi. Amma yenə də kitabın bitməsini istədiyim anlar da az olmurdu, çünki bəzən uşaq nağılı kimi görürdüm. Yenə də bitdikdə La Mancha’lı Don Quijote və yanaqlarını sıxmaq istədiyim sevimli qəhrəmanım Sancho Panza üçün darıxacağımı bilirdim :) Ki, elə də oldu. •İçində yaxşı bir şey tapılmayacaq qədər pis kitab yoxdur. Komik, əyləncəli cəngavərlik hekayələri oxumaq istəyirsinizsə müraciət edə bilərsiniz. Ancaq 886 səhifə olduğunu nəzərə almalısınız. •Çünki bir şey, yaxşı da olsa, bol oldu mu dəyərsizləşir; halbuki pis şeylerin belə qıtlığı onların dəyərini artırır. Kiçik bir bilgi: Kitabın qısaldılmış versiyası da mövcuddur. •Deyə bilərsiniz mi, görəsən, kim daha dəlidir, əlindən başqa cürü gəlmədiyi üçün dəli olan mı yoxsa bilərək və istəyərək dəli olan mı? Məncə özümüzdə yardımsevər olduğumuz müddətcə ağlımızın bizə oynadığı oyunlar bizi daha az və ya daha çox ‘dəli’ etməz. Ona görə ‘dəli’ də olsaq, ‘ağıllı’ da, daim anlaşılmağımız və sevilməyimiz ümidimlə, xoş mütaliələr :) Don Quijote (2 Cilt Takım) Miguel de Cervantes
Don Quijote (2 Cilt Takım)Miguel de Cervantes · Yapı Kredi Yayınları · 202527,5bin okunma
·
131 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.