Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

340 syf.
9/10 puan verdi
Salamlar hamıya. Bir neçə tanışım və başqa insanların bu kitabı sevgi romanı zənn etdiyini görmüşəm. Sevgi hekayəsi olmasada Narsis və Qoldmund ayrı dünyaların insanıdır. Daha doğrusu onlar ayrı-ayrı pillələrdə dayanırlar. Narsis idarə edici, lider xislətlidir, Qoldmund isə özünü həyatın axınına buraxır. Qoldmund keçmişini, uşaqlığını unutmuşdur. Narsis dostu Qoldmunda özünü tapmaqda kömək edir. Qoldmundun önündə yeni yol açılır. Narsis monastır həyatına davam edir, Qoldmund isə səyyah olaraq yollara düşür. "Narsis və Qoldmund" əsərinin təməli ziddiyyətlərdən qoyulmuşdur. İlk ziddiyyəti Narsis və Qoldmund obrazının dostluğunda və onların müdrikliyə getdiyi yollarının fərqliliyindədir. Qoldmundun səyyahlıq etməsində də ziddiyyətlərlə qarşılaşırıq. Azad ruhlu Qoldmund səyyahlıq edərək tam xoşbəxt olmur. Qadınlarla yaşadığı münasibətlər keçiçidir, qarnını doyurmaq və bir yerdə qalmaq üçün insanlara möhtacdır. Bir sözlə Qoldmundun həyatı gördüyü Məryəm ana heykəlinin üzünün cizgiləri kimi həm sevinc həmdə iztirabdan ibarətdir. Qoldmund dünyaya uşaq gətirən qadının üzündə də sevinc və iztirabın eyni anda kölgə saldığını görmüşdür. Bu əsəri ikinci dəfə oxudum. Hessenin ən bəyəndiyim kitabı "Yalquzaq" əsəridir. Harry Haller obrazında özümü görmüşəm. Ümumiyyətlə kədər dozu yüksək olan əsərləri əksərən sevirəm. Qoldmund kədərlidir. Həyatın, yaşanılan hər şeyin puç olacağı fikrindədir. Qadınlara duyduğu şəhvət hissinə görə mənə yaxın olmasına baxmayaraq kədərini biraz yersiz hiss etdim. "Muncuq Oyunu" əsərində Knext soyuq obraz idi və heç sevməmişdim. Knextin oxşarı kimi Narsis obrazını göstərmək olar. Başda Narsis xoşuma gəlməmişdi. Sonra isə Narsisə üzüldüm. Narsis kimi liderlik edərək hisslərini, duyğularını boğan insanlar məncə zavallıdır.
Narsis və Qoldmund
Narsis və QoldmundHermann Hesse · Qanun Nəşriyyatı · 01,366 okunma
·
129 görüntüleme
Sədəf Qəhrəmanlı okurunun profil resmi
Salam, Nicat bəy. Kitabı Azərbaycan dilində oxumusunuzsa, tərcüməsi barədə məlumat verə bilərsiniz? Necə idi?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.