Puan vermedi·47 syf.··
Beğendi
·
2023 2. kitabı
İdeal müəllim... Universitet professoru Raçinski tələbələri tərəfindən sevilən, hörmət edilən eyni zamanda son dərəcə istedadlı, riyaziyyat sahəsində dərin elmi biliyə malik müəllim idi. Geniş hüdudları olan elm dünyasında yolunun açıq olacağına, gələcəyinin parlayacağına heç kimin şübhəsi yox idi. Bəs bu məziyyətlər ideal müəllim olması üçün kifayət idimi? Ümumiyyətlə nə idi onu ideal müəllim edən? Təbii ki, bilikli, elmli olduğu qədər, insanı insan edən məziyyətlərə sahib olması, humanistliyi və əsl ziyalı olması. Bütün elm adamlarının arzusunda olduğu elm dünyasında sürətlə yüksəlmək şansını bir kənara qoyur və adi kənddə müəllim işləmək qərarına gəlir. Hamını təəccübləndirən bir qərarı Raçinski ona görə asanlıqla qəbul etdi ki, o, millətinin gələcəyinin qayğısına qalırdı, hər bir uşağın, gəncin maariflənməsini lazım bilirdi. Millətinə və ölkəsinə xidmət etmək arzusunda idi. Gənc nəsil millətin gələcəyi olduğu üçün həm sağlam şəxsiyyətlər, həm də ölkəsi üçün savadlı insanlar yetişdirməyi qarşısına məqsəd qoymuşdu. Elə bundan sonra da müəllifin əsas ideya daşıyıcısı Raçinski olur. Q. Petrov oxuculara aşılamaq istədiyi fikirləri, insanların gözünü açaraq onlara göstərmək istədiyi həqiqətləri Raçinskinin dili ilə ifadə edir. Əsər bu günümüz üçün də aktual olan bir məsələni ələ alıb. Rus kəndlərində insanların təhsildən, onları irəli aparacaq, elm verəcək bütün vasitələrdən uzaq yaşaması, savadsız, cahil, laqeyd olması və bu halın həm millətin ayrı-ayrı fərdlərinə həm onların birlikdə təşkil etdikləri cəmiyyətə, həm də ölkəyə ümumi mənfi təsiri göstərilir. Lakin Raçinski xalqın çox hissəsinin tənbəl,cahil olmasında günahı həmin insanlarda yox, təhsil alıb, savadını xalq maariflənməsi yolunda istifadə etməyənlərdə görür. Bu vacib problem isə təəssüf ki, bu gün də bir çox yerlərdə öz varlığını saxlayır, hələ də təhsildən uzaq düşən, buna məcbur qalan neçə-neçə insan vardır. Raçinski kənd məktəbinə gəlir və ilk olaraq şagirdlərinə həm cismani, həm də mənəvi təmizliyin vacibliyini, önəmini başa salır. Əsəri oxuduqca görürük ki, Raçinskinin fədakarlığı boşa çıxmır, getdiyi kənddə bir-birindən savadlı, bacarıqlı, potensialı olan şagirdləri üzə çıxarır, ölkəsinə müxtəlif sahələrdə töhfə verəcək insanlar yetişdirir. Bununla da Raçinskinin "Budur canlı almazlar, qiymətli mücəvhərlər, bu almazlar bura üstləri palçıqlı gəlirlər. İçlərindəki cövhəri ortaya çıxarmaq üçün üstlərindəki palçıq təbəqəni təmizləmək lazımdır. Bu uşaqların hər birində başqa bir cövhər tapılır." fikirləri özünü doğruldur. Raçinski də neçə-neçə dəyərli cövhəri ortaya çıxarır, öyrəndikləri elmdən doğru istifadə etmək yollarını göstərir. Şagirdlərinə elm verməklə yanaşı, onların mənəviyyatının zənginləşməsi üçün də əlindən gələni edərək insan cəmiyyətinə faydalı üzvlər qazandırır.
Edebiyat
İdeal MüəllimGrigory Petrov · "Yumruq ədəbi birliyi" · 20177,8bin okunma
·
94 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.