Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm? Təxti-tacı, mülkü-malı xanimanı neylərəm? İstərəm vəsli-camalın ta qılam dərdə dəva Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan, Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradim hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.