Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

240 syf.
10/10 puan verdi
·
3 günde okudu
"Bahar mehi" sənədli romanı İlkin Rüstəmzadənin ən son nəşr edilən, mənim isə onun yaradıcılığından oxuduğum ilk əsəri idi. Əsər dahi fars şairi Sədinin şeiri ilə başlayır. Görəsən, indi necədir Bağçamın vəziyyəti? Söylə, ey bahar mehi. ... İlkin bəyin "facebook"dakı paylaşımlarından kitabı oxuyan şəxslərin yaşanmış bir həyat olduğuna dair heyrət dolu şərhlərini görürdüm. Açıqcası qəribə gəlmişdi, kitabı oxuyanların yuxarı-aşağı hamısının fikirlərinin üst-üstə düşməsi. Bitirdikdən sonra, heç bir şərhin şişirdilmədiyinin, hətta zəif qaldığı qənaətinə gəldim. Çox təsirli idi və bir o qədərdə bu yaşanmış hadisənin qəhrəmanının ölmədən yazıçı ilə görüşünə, hadisələri ona nəql etməsinə sevindim. Roman İranda da oxunması üçün mütləq ən qısa zamanda fars dilinə tərcümə edilməlidir. "Bahar mehi" Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli qalmış ən möhtəşəm, hüznlü və ağrılı hekayəsindən bəhs edir. Əsər real hadisələr əsasında qələmə alınmışdır.
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202312 okunma
·1 alıntı·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.