Gönderi

Puan vermedi·112 syf.··
2023 34. kitabı
Ən sevdiyim yazarın şedevr əsərlərindən biri. Yaşadığı dövrün ideologiyasına xidmət etməyən Hüseyn Cavid yaradıcılığının zirvə əsəri. Əsər real müharibə səhnələri verilmədın müharibənin acı gerçəklərini , gətirdiyi yoxluqları göz önünə sərir. Hadisələr əsasən Arif obrazının ətrafında cərəyan edir. Hansı ki bu obraz əsərin əvvəlində müharibəyə qarşı gələn , iblisə nifrət edən , dünyadakı çirkinliklərdən bezib İlahidən özünü göylərə qaldırmasını istəyir və bəşəriyyətin iblisə uyduğunu dilə gətirir,saflığını qorumağa çalışır . Arifin həqiqət axtarışı onu kamil insana çevirmir .Öz nəfsinin quluna çevrilən bu obraz qızıl , silah sınaqlarından çıxmağı bacarmır və Rənaya olan "sevgisi" onu qatilə çevirir , hətta öz doğma qardaşını belə bu yolda qurban verir .iblis və mələk obrazları əsərin mifik surətləridir.Vasif obrazı mədəniyyətn nə demək olduğunu dərk edir.Onun dilindən verilən : -Bəşərə qılıncıdan daha kəskin ulu qüvvə, Yalnız mədəniyyədir ,mədəniyyətdir ,mədəniyyət,- bunu bir daha sübut edir .Ümumilikdə əsərdə çok dərin mətləblərə toxunulub Hüseyn Cavid
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,100 okunma
·
537 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.