10/10
·260 syf.··
2023 38. kitabı
·
20 günde okudu
·
Okunma: 08 Haziran 2023 00:00
Bu xalqın, bu millətin tarixin məngənəsində sıxılmadığı dövr, çəkilmədiyi sınaq qalmamışdır. Ələlxüsus ötən əsrin 30-cu illərini vərəqləyərkən insanın soyuqqanlılıqla oxumaqda aciz qaldığı "böyük təmizləmə" prosesi bu millətin qaymaqlarını, düşünən beyinlərini cismən öldürməyə nail olsa da, bu milləti yıxa bilmədi. 37-ci il repressiyalarında insan amili, qadınların və uşaqların gördükləri müamilə tarixin bu qaranlıq səhifələrinin daha böyük həssasiyyətlə araşdırılması labüd problemləri cərgəsindədir. Bu baxımdan e'tiraf edilməlidir ki, müəllif mübaliğəsiz şəkildə təqdirə şayan bir təşəbbüs göstərərək uzun araşdırmalar aparmış, əldə etdiyi tarixi faktlara özünəməxsus məharətlə bədii çalar qataraq ortaya belə bir möhtəşəm tarixi roman çıxarmışdır. Bu əsərin sözügedən mövzu ilə bağlı gələcək araşdırmalar üçün hərəkətverici qüvvə, böyük ilham mənbəyi olacağına inanıram.
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019270 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.