Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
9/10 puan verdi
·
Beğendi
·
14 saatte okudu
Böyüməyə məcbur məhkumlar
Balaca Şahzadə” 180-dən çox dil və dialektlərə tərcümə olunub. Kiçiklərin böyük dünyası, böyüklərin kiçik dünyası. İçimizdə sönmüş olan uşaqlıq çağımızın xəyal dünyasının hələ də var olduğunu, arzulamağın, xəyal qurmağın nə qədər dəyərli olduğunu bizə xatırladan bir kitab... Eqzüperi özü də yetişkin olmasına rəğmən, içində yaşayan uşağın daxili aləmini, 44 illik qısa ömrünə sığdırıb, bu əsər ilə bizlərə ötürmüşdür. Kitab haqqında qısa: Kitabda balaca bir uşağın gözündən, biz böyüklərin günümüzdəki baxış açılarına, gündəlik gördüyümüz işlərə münasibəti yer alır. Öz yaşadığı planetini çətin də olsa tərk edib, digər planetlərə səyahət etməyi qərara alan balaca şəhzadə, gördükləri ilə o qədər də xoşnud olmur. Balaca şəhzadə böyüklərin zamanla korlaşmış duyğularına və baxış açılarına, onlara verdiyi suallar ilə bizi dərindən sarsıdıb düşünməyə vadar edir. Bütün dünyaya sahib olduğunu düşünən azğınlaşmış bir krala "günəşin qürubunu izləməm üçün, günəşi hər dəfə yenidən doğura bilərsən mi?" şəklində sualı ilə əslində krala heç nəyə sahib olmadığını bir daha üzünə vurmuş olur. Balaca Şahzadə" nədir? Uşaqların, həm də böyüklərin sevə-sevə oxuduğu xəyali-fəlsəfi bir nağıl. Bu kitabı uşaqlar nə üçün sevirlər? Yəqin ki, məsum dünyalarını ən gözəl şəkildə əks etdirdiyinə görə. Bəs böyüklər? Yəqin, onların içində yatmış uşaqlıqlarını oyada bildiyinə görə. Bəs Eqzüperi? O öz saflıqlarını itirmiş, hadisələrin yalnız zahiri qatına önəm verən böyüklərə görə çox narahat idi: "Böyüklər, doğrudan da, çox qəribə olurlar". Kitabın qəhrəmanı başqa planetdən gəlsə də əbədi olaraq qəlblərimizə köç edib. Kim bilə bilərdi ki, bizlər də uşaq vaxtı qəribə baxdığımız bu böyüklərdən birinə, bir gün özümüz də dönüşmüş olacağıq...
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016235bin okunma
·
175 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.