Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Sonunda bitirdim. Oxuduğum üçün çox şanslıyam. Həcmcə çox kiçik bir kitab olsa da, başa salmaq istədiyi, özündə ehtiva etdiyi mənası ilə sonsuz həcmə malikdi. Ekzüperi deyəsən insanlar arasında özünü həmişə yalqız hiss edib, bəlkə də Balaca Şahzadə özü imiş. Haqlı olduğu bir çox şey var amma ən əsası budur: Böyüklər həqiqətən çox qəribədirlər və ancaq uşaqlar xoşbəxtdirlər...
Balaca Şahzadə
Balaca Şahzadə
Antoine de Saint-Exupéry
Antoine de Saint-Exupéry
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
Reklam
128 syf.
9/10 puan verdi
·
Beğendi
·
14 saatte okudu
Böyüməyə məcbur məhkumlar
Balaca Şahzadə” 180-dən çox dil və dialektlərə tərcümə olunub. Kiçiklərin böyük dünyası, böyüklərin kiçik dünyası. İçimizdə sönmüş olan uşaqlıq çağımızın xəyal dünyasının hələ də var olduğunu, arzulamağın, xəyal qurmağın nə qədər dəyərli olduğunu bizə xatırladan bir kitab... Eqzüperi özü də yetişkin olmasına rəğmən, içində yaşayan uşağın
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
128 syf.
10/10 puan verdi
·
6 günde okudu
Hər bir qəlbin gülü ve Şəhzadəsi var.Yetər ki görməyi biləsən.
Tülkü susdu və Balaca Şahzadəyə baxdı: -Nə olar ,əhlilesdir meni.. -Mən də çox istəyirəm,amma menim bir elə vaxtım yoxdur.Hələ neçə-neçə dost tapmalı,neçə-neçə yeni şeylər öyrənmeliyəm... -Yalnız əhliləşdirdiyin şeyləri tanıya bilersən.İnsanların nəyisə öyrənməyə vaxtları yoxdur.Onlar həmişə dükanlardan hazır mal almağa həvəslidirlər.Ancaq bu dünyada elə bir dükan yoxdur ki, orda dost satsınlar,belkə,ele buna görə də insanların artıq dostları yoxdur.Dostun olmasını isteyirsənsə,çox xaiş edirəm,meni əhlilesdir. Her kesin kitablığında olmalı olduğu kitablardan biridir.Her sehvesinin altından mütləq xetlediyiniz məqamlar mütləq olacaqdir,bu qaçınılmazdır. Ve siz çalışın qelbinizdeki planetdeki Balaca Şəhzadəni qoruyun.
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
128 syf.
10/10 puan verdi
·
3 saatte okudu
Uşaqdan böyüyə hər kəsin oxumalı olduğu bir kitabdır. Balaca şahzadənin gözündən böyüklərin dünyasının necə göründüyünü oxumaq insanı hadisələrə başqa tərəflərdən baxmağı öyrədir.
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
Reklam
128 syf.
·
Puan vermedi
·
Beğendi
·
27 saatte okudu
Çox möhtəşəm idi. Kitabda dərin məna kəsb edən cümlələrin altından xətt çəkirik; istədim kitabın başından sonuna qədər xətt çəkim. Hələ sonunda Ekzüperinin duasını demirəm.
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
·
Puan vermedi
Bir söz var ' əgər bildiyin bir şeyi 6 yaşında bir uşağa anlada bilmirsənsə səndə o şeyi tam başa düşməmisən'. İndiyə qədər bir çox filosoflar, yazarlar həyatı anlamağa və anlatmağa çalışıb ancaü nə özləri tam anlıyıb, nədə bizə anlada bilib. Bu kitabın yazarı isə fikirlərini oqədər gözəl ,anlaşıqlı bir dillə anladır ki, hənta kiçik yaşlı uşaqlar belə burda özlıri üçün nəsə tapa bilir. Kitabda səvgi,dəyər, həyat və bu kimi anlayışlar çox gözəl bir dillə izzah edilib. Bu qısa kitabı hər oxuduğumda yeni şeylər kəşv dedirəm.Saatlarla hər çümləsi üzərində düşünmüşəm .Məncə hər uşağa kiçik yaşlarından bu kitab alınmalı və həyatlarının hər anında oların yanında olmalıdır
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
128 syf.
9/10 puan verdi
·
Beğendi
B.Ş.
Bu əsəri iki dəfə oxumuşdum. İlk oxuduğumda 4-cü sinifdə oxuyurdum. Heç nə anlamamış və maraqsız olduğunu düşünmüşdüm. İkinci dəfə oxuduqda isə yanıldığımı anladım. Əsərdə balaca şahzadənin çəkdiyi şəkillərin böyüklər tərəfindən başa düşülməməsi hissəsində özümü tapmışdım))) Əsər uşaqlar üçün yazılsa da böyüklərə xitab olunduğunu düşünürəm
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
128 syf.
9/10 puan verdi
·
8 günde okudu
Balaca Şahzadə
Bu kitab uşaq ədəbiyyatı olsa da böyüklərin də oxumağı üçün tövsiyəlidir. Kitabı oxuduqdan sonra insanı xeyli düşündürür.Hamının oxuya biləcəyi sadə dildə yazılan bu kitab olduqca mənalıdır.
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
Reklam
128 syf.
·
Puan vermedi
Ən çox sevdiyim kitablardan
İlk öncə onu deyim ki kitabın dili çox sadə və axıcıdır. Kitaba şöhrət gətirən onun böyüklər və kiçiklər tərəfindən də oxunub anlaşıla bilməsidir. Məncə kitab yalnız uşaq kitabları kateqoriyasına salınmamalı bir kitabdır. Çünki kitabımız biz böyüklərin səhvlərini tənqid edir, balaca uşağın ağzı ilə bizlərə dərs verir. Böyüklər zamanla öz uşaqlığını unudurlar. Və bu həyata sıxıcı bir gözlə baxmağa başlıyırlar sonunda onlar öz kiçik dünyaları olan uşağlarıda anlamağ istəmirlər .Uşağı anlamaq onun dünyasına enib keyfiyyətli vaxt keçirməklə mümkündür. Gələk kitabımız haqqında danışmağa Kitabın müəllifi fransız qırıcı pilotudur və İkinci Dünya Müharibəsində xidmət edərkən təyyarəsi vurularaq həlak olmuşdur. Müəllif kitabını Nyu-Yorkda bir otel otağında yazıb. Kitab təyyarəsi Sahara səhrasına düşən pilotun ağzından danışılır Səhrada pilotumuz Balaca Şahzadə ilə tanış olur. Balaca şahzadə keçmişində qızılgül yetişdirir və ona aşiq olur. Amma gül ona yalan danışır. Bunun üzərinə kiçik oğlan öz planetini tərk edir və planetləri gəzir. Balaca şahzadə Sahara səhrasında pilotumuzla tanış olur və sonra süjet xətti çox maraqlı və axıcı şəkildə irəliləyir.
Antoine de Saint-Exupéry
Antoine de Saint-Exupéry
Balaca Şahzadə
Balaca Şahzadə
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
·
Puan vermedi
Balaca Şəhzadə
Salam.Balaca şəhzadə kitabı həyatıma çox təsir edən kitablardan biridir.Hər kəsə oxumağı tövsiyə edirəm.Mənim üçün Balaca şəhzadə təkcə uşaq nağılı yox yaşadığımız bir həyat hekayəsidir.İlk öncə diqqətsizlik eqzumperinin həyatında bir yara kimi qalmışdı.O uşaq olsada onun bacarığını,çəkdiyi rəsmi qiymətləndirmədilər.O böyüsədə ən çox sevdiyi rəsm
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
138 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
Əsərin ideyası, təsirliliyi və hiss etdikdirləri ilə bağlı yazmayacacam. Düşünürəm ki, bu nə qədər ortaq hissiyatlı bir şey olsa da hər kəs üçün fərqlidir. Mən qısaca əsərlə yazıçının şəxsi həyatı arasındakı əlaqələrdən bəhs edəcəm. Öncəliklə bildirirəm ki, mənə görə əsərin bu qədər uğurlu alınmasında yazıçının əsərin motivi olaraq öz həyatını ələ alması böyük rol oynayır. Balaca Şahzadə və Qızılgül arasındakı münasibət, öz şəxsi həyatında həyat yoldaşı Consuelo de Saint-Exupéry ilə arasındakı münasibətin təzahürüdür. Consuelo ilə təlatümlü münasibəti ərzində qeyri-rəsmi şəkildə başqaları ilə əlaqədə olması( həmçinin Consuelo da eyni şeyi edib) amma nəticədə yenə Consuelo'ya qayıdışı əsərdə Balaca Şahzadənin Qızılgülü tərk edib, yer planetində 5 min qızılgüllə qarşılaşması, lakin tülkü sayəsində xarici görünüş cəhətdən digər 5 min qızılgüldən heç bir fərqi olmayan qızılgülünün ürək gözü ilə baxdıqda sadəcə ona məxsus qızılgül olduğunun fərqinə varması ilə əks olunur. Sonradan düşmən ərazilərində kəşfə çıxan pilot yazarımız bir daha geri qayıtmır və həyat yoldaşı Consuelo onu bu sözlərlə anır : “Mən sənə sadiq qalacam. Mən səni gözləyəcəm... əbədiyyətdə oyanmış halda. Bilirsən, niyə? Çünki mən səni sevirəm, bizim şirin xəyal aləmimizi sevirəm, Balaca Şahzadənin dünyasını sevirəm, mən orda yaşayıram. Və heç kəs mənim xətrimə dəyə bilməz... tək olsam da, mənim dörd tikanım var.” Konsuelodan Antuana (Nyu-York, 10 avqust 1943-cü il)
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
128 syf.
10/10 puan verdi
Mükəmmələ çox yaxın . Adına baxanda (kitab oğrusunda da belə olmuşdu) bu qeder möhtəşəm bir şey gözləmirsən. Ama oxuduqca bir azda, bir az daha dərinə getdikcə özünü başqa bir yerdə tapırsan , hansı ki olmalı oldugun yer məhz orası imiş .
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
128 syf.
8/10 puan verdi
·
Beğendi
Dünyada 4 müqəddəs dini kitab və Mark'in "Kapital"insan sonra ən çox satılan kitablardan biri..Təsadüfi olmamalı.150 milyon nüsxə satılıb, 250-dən çox dil və dialektlərə tərcümə edilib..Sadəcə fantastika
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016234,2bin okunma
112 syf.
10/10 puan verdi
·
1 saatte okudu
KÜÇÜK PRENS - Dikkat spoiler içerebilir!
Küçük prens için bir tanımlama yap deseler "asla çocuk kitabı olmayan çocuk kitabı" derim. Tüm dünyada 140milyon satmış bu kitap küçük büyük herkese birşeyler katıyor. Ayrıca orijinalinin yaklaşık bin sayfa olduğunu yazarın ancak bu kadar kisaltabildigini de antiparantez geçelim. Antoine de Saint-Exupéry'in 1943 yılında çıkardığı kitabında Küçük Prens’in ağzından küçüklerin gözüyle yetişkinlerin yaptığı yanlışlar anlatılır. Orjinal adı Fransızca Le Petit Prince olan Küçük Prens dünyada farklı dillere en çok tercüme edilen üçüncü kitaptır. Fransa’da yirminci yüzyılın en iyi kitabı seçilmiştir. Keyifli okumalar diler, böyle güzel bir mecrayı bizlere sunduğu için 1K ekibine teşekkür ederim.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015234,2bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.