Adi adamlar gözləyirlər ki, həyat özü onlar
üçün öz sirlərini açsın; lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri
erkən açılır; bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat!); o, birbaşa
insanın ağlına və hisslərinə təsir göstərir. Lakin hərdən elə də olur ki, sənətin bu
missiyasını öz üzərinə hansısa bir mürəkkəb qəlbli insan götürür; bu adamın özü
də əsl sənət əsəridir; çünki həyat da poeziya kimi, yaxud heykəltəraşlıq və ya
rəssamlıq kimi öz şah əsərlərini yaradır.