Həya sıyrılmış, enmiş: Elə üzsüzlük ki, hər yerdə…
Nə çirkin üzlər örtərmiş məgər o incəcik pərdə!
Vəfa yox,əhdə hörmət heç, əmanət ləfzi-bi-mədlul;
Yalan rəvacda, xəyanət zərurət hər yerdə, haqq məchul.
Nə tüklər ürpərir,ya Rəbb,nə qorxunc inqilab olmuş
Nə din qalmış, nə iman..din xarab, iman turab olmuş!
(Mehmet Akif Ersoy)
Hər bir insan varlığının ali məqsədi-sevgini dərk eləməkdi. Başqasındakı sevgini yox, özümüzdəki sevgini, onu da özümüzdə özümüz oyadiriq. Bax elə onu oyatmaq üçün də başqası lazımdı. Kainat yalnız hisslərimizi bölüşmək üçün bir kəs olanda məna qazanır.