Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Balaca Şahzadə Sözleri ve Alıntıları

Balaca Şahzadə sözleri ve alıntılarını, Balaca Şahzadə kitap alıntılarını, Balaca Şahzadə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
-Niyə içirsən? - Balaca Şahzadə ondan soruşdu. -Unutmaq üçün - əyyaş cavab verdi. -Nəyi unutmaq üçün? - Balaca Şahzadə halına acıyaraq soruşdu. -Xəcalət çəkdiyimi unutmaq üçün - əyyaş başını sinəsinə sallayıb etiraf etdi. -Nədən xəcalət çəkirsən? -İçməyimdən! - deyib əyyaş söhbəti bitirdi.
Sayfa 66 - SimurqKitabı okudu
-Bəs insanlar hardadı? Səhrada adam özünü tənha hiss edir... -Elə insanların arasında da... - ilan dedi.
Sayfa 88 - SimurqKitabı okudu
Reklam
Böyüklər mənə boanın içini-çölünü çəkmək əvəzinə, gedib coğrafiya, tarix, riyaziyyat öyrənməyi məsləhət gördülər. Bax beləcə, altı yaşındaykən rəssamlıq arzularım yarıda qaldı.
Sayfa 10 - SimurqKitabı okudu
Bütün böyüklər bir vaxtlar uşaq idilər, lakin onlardan yalnız bir neçəsi bunu xatırlayır
Bilirsən...Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur...
Reklam
Bir çiçəyi böyüdən sevgi, səncə insanı dəyişdirə bilməz?
"Kəpənəklərlə tanış olmaq istəyən gərək iki-üç tırtıla dözməyi də bacarsın."
Sayfa 52 - SimurqKitabı okudu
Amma geyiminə görə heç kəs ona inanmamışdı. Böyüklər belədir də! Astronom 1920-ci ildə, bu dəfə qəşəng geyim-keçimdə öz kəşfini yenidən dünyaya təqdim edir. Bu dəfə hamı ona inanır.
Sayfa 24 - SimurqKitabı okudu
Krallar sahib olmurlar. Onlar hökmranlıq edirlər. Bunlar fərqli-fərqli şeylərdi.
Sayfa 70 - SimurqKitabı okudu
Reklam
-Əvvəl olduqları yer xoşlarına gəlməyib? - balaca şahzadə soruşdu. -Olduğu yer heç kəsin xoşuna gəlmir - yolayıran dedi
Sayfa 108 - SimurqKitabı okudu
Amma mən kədərli idim , onlara isə "yorğunam" dedim.
Sayfa 132Kitabı okudu
"Onlar hərşeyi dükandan hazır alırlar. Amma dost alıb-satan dükan olmadığından insanların da dostu yoxdu. Dost istəyirsənsə, əhlilləşdir məni" - dedi tülkü.
Sayfa 102 - SimurqKitabı okudu
-Əlvida , - o dedi. -Əlvida, -tülkü dedi. -Bu da mənim sirrim. O çox sadədi: Təkcə ürəklə görmək olur . Əsas şeylər gözlə görülmür. - Bilirsən gülün niyə sənin üçün bu qədər əzizdi ? Çünki ona vaxt ayırmısan . - İnsanlar bu həqiqəti unudublar, -tülkü dedi. -Amma sən unutma . Əhliləşdirdiyin şeyə görə məsuliyyət daşıyırsan . Gülünə görə məsuliyyət daşıyırsan.
Sayfa 106 - TülküKitabı okudu
"Təkcə ürəklə görmək olur. Əsas şeylər gözlə görülmür" - dedi tülkü
Sayfa 106 - SimurqKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.