·92 syf.··Beğendi
···Okunma: 21 Nisan 2023 18:06 Həyata ilk addımlarını atdığı vaxtda təsadüfi qəza nəticəsində ayağının birini itirən Nihad əvvəlcə düşünür ki, bir də heç vaxt dostları ilə futbol oynaya, top dalınca qaça bilməyəcək. Lakin bir müddət sonra bu arzusunu həyata keçirməyin mümkün olduğunu görür və iradəsini toplayaraq arzularının dalınca getməyə qərar verir. Fiziki imkanları məhdud uşaqların mübarizəsindən, cəmiyyətə adaptasiyasından bəhs edən bu hekayənin əsas məqsədi onların problemlərini, duyğularını oxuculara çatdırmaqdır.
Balaca Nihad öz gündəliyində yazır; Başqaları mənim necə bu vəziyyətə düşdüyümü soruşanda narahat oluram. İstəyirəm ki, mənə fərqli davranmasınlar. Kömək etmək istəyəndə də bunu nəzakətlə soruşsalar yaxşı olar. Fiziki məhdudiyyət fəlakət deyil ki!!!
İnsanların həyatlarında bəzi fiziki və mənəvi əngəllər olması məlum və gözlənilir bir haldır. Bəlkə də bu bəzi məcazi əngəllər olmasaydı, insan özündə görmədiyi o həqiqi əngəllərini kəşf edib onları aşmaq üçün özlüyündə yaradılışının ona vermiş olduğu daxilindəki gücü aşkara çıxara bilməzdi.
Əsas argument səbatlı olmaq, bacara bilmədiklərinizi düşünməkdən savayı, nələri bacara bildiklərinizi düşünməyi seçim etmənizdir. Seçimlər insanın səbəblərini, səbəblər təkrarən seçimləri, sonda isə seçimlər nəticələri ərsəyə gətirir.
Kitabın yazarı həmçinin Azərbaycanda ilk inklüziv teatr olan "Əsa Teatr"nın qurucusudur