Əngəlsiz Arzular

Orxan Adıgözəl
Tahmini Okuma Süresi:
2 sa. 36 dk.
Sayfa Sayısı:
92
Basım Tarihi:
2018
Yayınevi:
3 Alma (Teass Press)
ISBN:
9789952311570
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

Əngəlsizmiş arzular
10/10
·92 syf.··
Beğendi
·
2023 15. kitabı
·
2 saatte okudu
·
Okunma: 21 Nisan 2023 18:06
Həyata ilk addımlarını atdığı vaxtda təsadüfi qəza nəticəsində ayağının birini itirən Nihad əvvəlcə düşünür ki, bir də heç vaxt dostları ilə futbol oynaya, top dalınca qaça bilməyəcək. Lakin bir müddət sonra bu arzusunu həyata keçirməyin mümkün olduğunu görür və iradəsini toplayaraq arzularının dalınca getməyə qərar verir. Fiziki imkanları məhdud uşaqların mübarizəsindən, cəmiyyətə adaptasiyasından bəhs edən bu hekayənin əsas məqsədi onların problemlərini, duyğularını oxuculara çatdırmaqdır. Balaca Nihad öz gündəliyində yazır; Başqaları mənim necə bu vəziyyətə düşdüyümü soruşanda narahat oluram. İstəyirəm ki, mənə fərqli davranmasınlar. Kömək etmək istəyəndə də bunu nəzakətlə soruşsalar yaxşı olar. Fiziki məhdudiyyət fəlakət deyil ki!!! İnsanların həyatlarında bəzi fiziki və mənəvi əngəllər olması məlum və gözlənilir bir haldır. Bəlkə də bu bəzi məcazi əngəllər olmasaydı, insan özündə görmədiyi o həqiqi əngəllərini kəşf edib onları aşmaq üçün özlüyündə yaradılışının ona vermiş olduğu daxilindəki gücü aşkara çıxara bilməzdi. Əsas argument səbatlı olmaq, bacara bilmədiklərinizi düşünməkdən savayı, nələri bacara bildiklərinizi düşünməyi seçim etmənizdir. Seçimlər insanın səbəblərini, səbəblər təkrarən seçimləri, sonda isə seçimlər nəticələri ərsəyə gətirir. Kitabın yazarı həmçinin Azərbaycanda ilk inklüziv teatr olan "Əsa Teatr"nın qurucusudur
Engelsiz
Əngəlsiz ArzularOrxan Adıgözəl · 3 Alma (Teass Press) · 20187 okunma
Puan vermedi·92 syf.··
2024 16. kitabı
·
5 günde okudu
·
Okunma: 30 Mart 2024 20:45
Kitab məhdudiyyətin fiziki deyil, mənəvi olduğunu anladan, uşaq ruhuna toxuna bilən gözəl əsər idi. Uşaqlarda özünə cəsarət aşılanması, fərqindəliyin təbliği vardı. Bu yalnız fiziki məhdudiyyətli uşaqlar üçün deyil, hər kəs üçün, hətta böyüklər üçün də özünü tənqid və təhlilə açıq şərait yaradan kitabdır.
Əngəlsiz ArzularOrxan Adıgözəl · 3 Alma (Teass Press) · 20187 okunma
Reklam

Yazar Hakkında

Orxan AdıgözəlYazar · 0 kitap
Orxan Adıgözəlov 1989-cu yılda Baküde doğmuştur. Okul ve üniversite yıllarında spor alanına da ilgi duymaya başlamıştır. Akrobati ve dans hareketlerini kendinde bulunduran Capoeira dövüşünün antrenörü olarak devam etmiştir. Bir kazadan dolayı Fiziksel Engellidir. Azerbaycanın ilk Kapsayıcı Tiyatrosu olan "Əsa" tiyatrosunun kurucusudur. Kendisi de bir çok sahnelerde rol almaya devam ediyor.