Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"...biz səninlə dostuqsa, bizim qarşılıqlı əlaqələrimizdə intizar elementi mövcuddur. Biz görüşəndə və ya ayrılanda birlikdə danışıb güləcəyimizin, ümumiyyətlə, xoş vaxt keçirəcəyimizin gözləntisi var. Bu gözləntinin konkret tərifi yoxdur, bu, canlı, dinamik prosesdir. Və bizim birlikdə ünsiyyətimizdən bəhrələnən möcüzəli sovqat ancaq ikimizə aiddir, başqaları üçün əlçatmazdır. Bəs mən "intizarı" gizli və əyan "borca" dəyişsəm, səncə, necə olar? Qanun bizim münasibətlərimizə müdaxilə etmiş olar. İndi səndən üzərinə düşən vəzifələrin icrasını gözləyəcəklər. Bizim canlı dostluğumuz tezliklə tənəzzülə uğrayacaq, qayda və tələblərlə dolu cansız bir prosesə çevriləcək. Burada artıq söhbət nə səndən, nə də məndən gedir. Burada söhbət yaxşı dostların boynuna düşən davranış qaydaları və vəzifə borclarının icrasını tələb edən cansız münasibətlərdən gedəcək."
Sayfa 253 - Qanun NəşriyyatıKitabı okudu
·
37 görüntüleme
İnci Zadə okurunun profil resmi
"Kiminsə gözləntilərini doğrultmadan yaşamağın nə olduğunu sən gözəl bilirsən."
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.