- Sən eybəcər deyilsən, Vinsent. Sən gözəlsən. Sən qəlbini, ruhunu özündə yaşadan zavallı bədənini üzüb əldən salmısan, ancaq sən məhz qəlbini məhv etməkdə acizsən. Axı mən də elə sənin qəlbinə vurğunam. Nə vaxtsa sən özünü coşqun işinlə məhv etsən də, bu qəlb yaşayacaq... Həmişəlik, əbədi. Mənim sənə olan məhəbbətim də onunla bərabər yaşayacaq.
Sən məhəbbət üçün yaranmamısan. Sən iş üçün yaranmısan. Gün gələcək, bütün dünya, bütün bəşəriyyət bunu təsdiq edəcək, Vinsent.