Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bir salama dəymədi...
Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun? Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, , acı fəğanlarımız Bir salama dəymədi? Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım; ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!... Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan? Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, Sənin qəlbin əsmədi. Arxana da baxmadın! Niyə sənin yolunu məhəbbətin kesmədi?... Qazancımız de, bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Sayfa 31 - Qanun nesriyyati 2022Kitabı okudu
·
319 görüntüleme
Bu yorum görüntülenemiyor
Aybəniz İmanlı okurunun profil resmi
Bir salama dəymədi?.
VüsaIe Quluzadeh okurunun profil resmi
hee) baslig atdim uzun oldu(
Müjgan Ahmedzade okurunun profil resmi
Vahabzadənin ən gözəl şeirlərindəndir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.