Gönderi

345 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 days
"Bu kitab həssas qəlblər üçün cəhənnəmdir"(Spoiler)
Bu kitab insanı ağladır.. Çox rast gəlinən bir haldır ki, oxuduğumuz əsərlərdə hansısa obrazın həyatında nəsə bir kədərli hadisə baş versin, biz də oxuyaq, bəzən biz də kədərlənək. Fəqət Ovod.. Əmin olun ki, bu kitabı oxumaqla kifayətlənməyəcək, Ovodun hiss etdiyi dərin acıları, çarəsizliyi, sevgini bəzən cəsarəti siz də hiss edib, yaşayacaqsınız. Ovod oxumaq üçün deyil, yaşamaq üçündür sanki.. Kitabı bitirdikdən sonra yenidən əvvəlki səhifələrə qayıtdım, əlimdə olsa idi Ovodu da oraya aparardım, Ovod olaraq deyil 19 yaşlı Artur Berton kimi.. Bəzən elə yuxular görürük ki, yaxşı ki, yuxu idi deyirik. Bəzən elə hekayələr oxuyuruq ki, yaxşı ki, kiminsə təxəyyülüdür deyirik.. Artur Berton adlı bir gəncin faciəvi həyatından bəhs edir kitabımız. Anasını erkən yaşlarda itirməsi ona çox təsir edir. Vaxtını daha çox kilsə keşişi Padre ilə keçirir, ondan yeni nələrisə öyrənir, maraqlı söhbətlər edirlər. Montanelli yəni Padre Arturun həyatında ən çox sevdiyi insan idi. Artur gənc yaşlarında İtaliyanın daxilində yaranan "İnqilabçı gənclər" təşkilatına qoşulur. Padre bundan heç bundan məmnun qalmır, ümumiyyətlə, Padre qan tökülməsinin, insanlar arasında çaxnaşma yaranmasının əleyhinə idi. Məlumunuz olsun ki, əsl keşiş də belə olmalı idi. Artur "Gənc İtaliya" təşkilatında olarkən Cemma adlı qızla tanış olur. Könlünü Cemmaya versə də, heç zaman söyləyə bilmir. Onun bu sevgisi daha sonra "faciə"yə çevrilir. Tək Cemmaya yox, bütün sevdiklərinə olan sevgisinin aqibəti belə olur. Arturun həyatındakı əsas çevriliş qardaşının ona verdiyi məktubu oxuması ilə başlayır. İllərlə aldadılmış, bir yalana inandırılmışdı. Ata kimi sevdiyi Montanelli sen demə, ondan çox böyük bir həqiqəti gizlədirmiş. Cemma isə böhtanlara inanıb, Artura qarşı kinlənib ona bir şillə vurur. Doğmaları onu ölümə sürükləyir.. Bir şillə və bir məktub insana nələrmi etdirə bilər? Artur Bertonu Feliçe Rivaresə çevirə bilər.. Hər şeyi atıb, özünə "ölü" bəzəyi verib ölkədən qaçıra bilər. 13 il cəhənnəmi yaşaya bilər, köləlik edə, zindanlarda siçanlarla qala, ona-buna qab yuya, işgəncələrə məruz qala bilər.. Dəhşətdir, sadəcə dəhşətdir.. Və onun qarşılıqsız sevgisi.. Bu, həqiqətən, dəhşətli idi. İndiyəcən oxuduğum kitablarda belə faciəvi sevgi görməmişdim. Ah Cemma, o gözlərə bir az da baxsa idin, tanımazdınmı 13 il qabaq ölümə sürüklədiyin adamı..? Kitabın sonu isə məni qəhərə boğdu.. Bu kitabı mütləq hamı oxumalıdır. Nə qədər ki, gec deyil oxuyun.. Xoş mütaliələr!
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,849 okunma
··
1 plus 1
·
529 views
Kitabsever okurunun profil resmi
Rivares... İllər ötsə də kəlimələr kifayətsiz. 8 dəfə kitabı oxumuş və platonik aşiq olmuş birini yoruma etiketləyərdim, hesabı bağlıdır. https://1000kitap.com/ovodsever O qədər ürəkdən yazmısınız ki.. Bir tək xahişim var. Spoiler olduğunu vurğulayasınız. Çünki kitabı oxumamış olan biri üçün çətin olar kitabı oxumaq. Bir də əgər oxumamısınızsa,
Qırılmış Dostluq
Qırılmış Dostluq
Ayaqqabılarını Çıxar...
Ayaqqabılarını Çıxar...
kitabları da Ovodun davamıdır. Qırılmış dostluğu oxuduqdan sonra Artura ürəyim daha çox yandı
waforgodot okurunun profil resmi
Fikirləriniz üçün təşəkkürlər) Ovoda aşiq olmaq...deyəcək söz tapammıram. Cemmadan fəsarətli çıxıb) Kitabı oxuduqdan sonra bu kitabların davamı olduğunu öyrənmişdim. İmtahanlar bitən kimi alıb oxuyacağam. Hə, spoiler fikri üçün də sağ olun)
3 next answer
Rovshana Aliyeva okurunun profil resmi
Ah, Ovod, ahh... Bu əsəri oxuyanda dedim ki, bu oxuduğum ən möhtəşəm əsərdir. Sonra çoxlu möhtəşəm əsərlər oxudum, amma bu fikrim dəyişmədi..
waforgodot okurunun profil resmi
Çox təsiredici idi..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.