·112 syf.····Okunma: 29 Mart 2023 00:00 Stefan Zweig - Bir qadının həyatından 24 saat
Yazarın bundan öncə "Dəhşətli sirr" kitabını oxuyub sevmişdim. Bu kitabı isə bir başqa sevdim. Ümumiyyətlə Stefan Syavqın bədii qələmi olduqca dolğun təsirlidir ki, insan yaşanmışlıqlarını, hisslərini oxucuya mükəmməldir şəkildə ötürə bilir. Bu kitabı ilə mənim sevimli yazıçılarım sırasına daxil oldu. Yazarın digər kitablarını da mütləq şəkildə oxuyacağam.
Mövzusu: 67 yaşındakı bir qadının həyatı boyunca bir gün belə unutmadığı və heç kimə danışmadığı, özünə belə cəsarətsizcə etiraf etdiyi dərin hisslərin, insan ehtirasının və nəhayətində yaşadığı o 24 saatı anladan bir heyakə...Eyni zamanda bu hekayə insan hisslərinin, arzularının, seçimlərinin cinayət, əxlaq, günah kimi qavranılmasını sorğulayan bir hekayədir.
Hekayə Riverdəki pansionatda subay və evli insanların masa arxasındakı mübahisə ilə başlayır. Mübahisənin mövzusu stabil həyatı, ailəsi, iki qızı olan qadının - madam Anrietin pansionata yeni gələn fransız cavan, yaraşıqlı oğlana qoşulub getməsi ilə başlayır. Masa arxasında hər kəs onu qınayır, əxlaqına şübhə ilə yanaşır və düşünürdülər ki heç bir namuslu qadın 3 saata tanıdığı birinə görə uşaqlarını atıb getməz. Hekayəni nəql edən əyləncə xətrinə mübahisəni qızışdırmaq üçün madam Anrietə davamlı olaraq haqq qazandırır. Bəzən mübahisələr elə qızğın hal alır ki, əsərin baş qəhrəmanı kübar, nüfuzu ilə seçilən ingilis Missis K. aranı sakitləşdirirdi. Hekayəni nəql eləsən bu oğlan və Missis K. arasında gözəl dialoqlar olur və bu dialoqlar ingilis qadının məqsədyönlü şəkildə verilmiş sualları əsasında yaranır. Beləcə 67 yaşlı Missis K. 20 ildən çox keçməsinə baxmayaraq yaşadığı unudulmaz o 24 saatı ilk və son dəfə sadəcə bu oğlana danışmağı qərara alır. Bu 24 saatda nə baş verir heç nə yazmayacam)) Oxuyun sadəcə oxuyun
Mənim fikrimcə isə bəli, hər kəs öz arzularının, istəklərinin, hisslərinin arxasınca mütləq getməlidir. Sonu nə olacaq bilmək olmaz. İnsanın yaşamaq istədiklərinə, arzularına məhdudiyyət qoymağı düzgün hesab etmirəm. Lakin bir şeyi də unutmayaq ki iradəmiz də mövcuddur. O bizi digər canlılardan ayıran ən güclü mənəvi qalxanımızdır..