Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Kim ki, sevdayi-səri-zülfü-pərişanə düşər, Gah zindanə, gǝhi çahi-zənəxdənə düşər. Afəti-dǝhr dəyər ol kəsə kim, kamildir, Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər. Mərd igitlər özünə məhbəsi meydan bilir, Sanma kim, nakəsü-namərd bu meydanə düşər. Eybdən saf çıxar, pakü mübərra görünür, Hər tila kim, küreyi-atəşi-suzanə düşər. Piçü tabə düşənin işi, bəli, üzdə olur, Zülf bu vəchlə rüxsareyi-tabanə düşər. Hər yaman yer ki, olur – yaxşıların mənzilidir, Ləl daş içrə, xəzinə dəxi viranə düşər. Şami-qəm şadlıq əyyamına xoş ziyvərdir, Necə kim, xali-siyǝh arizi-canana düşər. Ey Vidadi, qəmi-zindanə giriftar olmaq, Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər. Eşqə düşmək sənə düşməz, qocalıbsan belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
Sayfa 151
·
445 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.