Gönderi

Nə cızmasan, nə qara.
Kədərə salam verib keçirəm sətirlərə, Hərdən gizlin gizlin yazıram sənə, Qoxunu tapmaq üçün baş çəkirəm parfumlərə, ətirlərə, Güldükcə daha da batıram qəhərə. Səhərə qədər şeirləşdiyimiz gecələrin bilmədik qədrini, Öz eşqimizlə tikdik eşqin qəbrini, Sınadım sənsizliyin səbrini, yıxdım ayrılığın səddini, Ama nə fayda? Oğurlaşmışdı biriləri qəlbini. Hərdən həvəssiz gəzirəm küçələri, Buralarda əqrəblər durğun, çiçəklər solğun, Gecələri sübh edib açıram səhərləri, Yorulduğumu bilməyəcək qədər yorğun ruhum. İnsan xəstəlikdən ölmür bəzən, İnsan ən çox darıxmaqdan ölür bəzən, Sən də bəzən gəl, Danışaq içək, boş küçələri doldurub gəzək, Bilirəm yoxsa gecələrdən bezənsən. Dedilər ölsə ölümünə gedərsən? Yoxsa sən də ölümünə sevərsən? Dedim ölsə nəfəslərimi göndərərəm Onu təkcə nəfəsimlə dirildə bilərsən.
45 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.