Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

XURAMAN-XURAMAN
Səhər vaqtı, ya Rəb, nə gördüm ki, canan Gəlir şadü xəndan, xuraman-xuraman. O məstanə gözlər süzüldükcə hər an Alır can, dökür qan, xuraman-xuraman. Çəkildim təhəssürlə yoldan kənara, Dayandım yeşil, sayǝban bir çinara. Baqıb gördüm əzm eyliyor lalǝzara, O sevdayi-rəqsan, xuraman-xuraman. Aqıb getdi... bən biqərar izliyordum, Nihayət, yetişdik çəmənzara, durdum. Kəsilmişdi həp taqətim, bən oturdum, O eylərdi seyran, xuraman-xuraman. Cihan cənnət olmuş da, gördüm gülümsər, Açar qəlbi açdıqca güllər, çiçəklər. Günəş ruhi-insana bin nəş’ə sərpər, Füruzanü taban, xuraman-xuraman. Gəzindikcə baqdım o parlaq sitarə, Şətarət verir adəta, nevbaharǝ: Səfa bəxş edər sanki əğyarə, yarə Təbəssümlə hər an, xuraman-xuraman. Nələr bəkliyordum o dilbər mələkdən? Şaşırdım, bilinməz nələr söylədim bən, Gönül çırpınır, sızlar, amma o həp şən... Saqınmaz, alır can, xuraman-xuraman. Tǝrǝhhüm bulunmaz o afətdə əsla; Əvət, fərq yoq onca həp ağla, sızla... Tǝbah olsa dünya, gülümsər o hala, Saçar qəlbə tufan, xuraman-xuraman. Nə sehr eyləmiş derkən, axır nə etmiş!? Dalıb getmişim, bənliyim sanki bitmiş; Ayıldım ki, halımdan ürküb də getmiş, Hərasanü heyran, xuraman-xuraman.
Sayfa 65
·
293 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.