Yazacağım ilk incələmə olduğu üçün bilmirəm fikrimi tam ifadə edə biləcəm ya yox, yenə də qalsın))
Bu kitaba bir neçə dəfə başlamaq istəmişəm, amma nədənsə alınmayıb hər dəfəsində(demək ki, qismət ən çətin imtahanına 2 gün qalmış oxumaq imiş)
Stefan Zweig qələmindən oxuduğum 4-cü kitab oldu. Hər birini bəyənmişdim, səhifə sayının az olmasına baxmayaraq əsərlərinin ideyası—yazıçının oxucuya çatdırmaq istədiyi fikir çox vacib və önəmlidir.Bu kitabın əvvəlindən bir neçə səhifə sıxıcı gəldi mənə, ancaq davamı çox axıcı oldu. Əsər qəhrəmanın həyatının müəyyən bir dövründən sonra tamamən hissizləşməsi, özünün belə edəcəyini düşünə bilmədiyi davranışı, sonradan isə rastlaşdığı şəxslər,yaşadığı fərqindəliklərlə davam edir... Mənim ən sevdiyim və kitabın bitməsini istəmədiyim hissəsi isə məzmunun nəticəyə doğru irəlilədiyi hissə—obrazın həyatında əsl xoşbəxtliyin əslində nələrdən ibarət olduğu sualına cavab tapması oldu. Oxuyacaq hər kəsə xoş mütaliələr.