Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

496 syf.
·
Puan vermedi
Qürur və Qərəz
Kitab haqqında fikirlərim daha yüksək idi, özünü doğrultmasa da yaxşı ki, oxudum Məncə yeniyetməlik dövründə (hansı ki adətən bu dövrdə sevgi haqqında hisslərimiz formalaşır) oxunulması yaxşı olar. Mənim üçün Elizabet Bennet obrazı nümunə oldu, ağılla mühakimə yürüdə bilmək, hisslərini, sevgini yüngülməcazlığa yol vermədən yaşamaq, təmkinini, qürurunu qorumağı bacarmaq və s. xüsusiyyətləri ilə. Mister Darsiyə isə aşiq oldum, sevgisi xatirinə, Elziabeti xoşbəxt etmək üçün qohumları ilə maraqlanması, anasının bacısının yüngül xasiyetinə davam gətirməsi, öz reputadiyasına xələl gələcəyini gözə alaraq sevgini seçməsi.. Missis Bennet və Lidiya obrazları ikrah, nifrət doğurur. Onların səfehliyi, xoşbəxtliyi pulda, yüksək nüfuzlu biriylə olan evlilikdə görmələri və cahiliyi.. Mister Bennet obrazı isə fikrimcə boz obrazdır. Əlbəttə o ağıllı ola, Elizabet və Ceynə həqiqi valideyn sevgisi göstərmiş ola bilər. Lakin digər qızlarının cahilliyi də onun günahı idi. Zamanında həyat yoldaşının düşüncəsini inkişaf etdirməyə çalışmaması, qızlarına yetərincə diqqət göstərməyib onların cahilliyinə ikrahla yanaşması ən böyük səhvidir. Bütün bunlardan belə nəticə çıxardım ki Uikhem kimi insanların hərəkətlərinin təsirinə düşməməlidir, ağılla mühakimə yürüdüb qərar qəbul etməyi bacarmalı, uğurlu evlilik üçün dünyagörüşlü, dərrakəli bir insana (onu tamamən tanıyıb əmin olduqdan sonra) vurulmalıyıq və s..
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 076,4bin okunma
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.