Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

351 syf.
8/10 puan verdi
·
9 günde okudu
"Sonucu ölən ümüdlərdir.. Bəlkə ümüdlər ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar?.. Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?.." " Yadina düşəcəm nə vaxtsa, gülüm, Mürgülü günləri ayildacaqsan. Bir nurlu səhərdə, şehli yamacda Sən mənim yanıma qayıdacaqsan. Qayıtmaq arzunu gizlətsən də sən , Deyib-gülənlərlə gülməyəcəksən. Üzəcək qəlbini xəyallar, gülüm , Sən mənsiz yaşaya bilməyəcəksən." Sonucu Ölən Ümüdlərdir, əsər Varisin digər əsərləri kimi çox gözəl və axıcı şəkildə yazılıb, həmişəki kimi o duyğuları məndə yaşatmağı bacardı.Yeri gəldi onlarla birgə sevindim yeri geldi birgə duyğulandim. Sonu saatlarla divara baxmağima səbəb oldu. Lakin mən bu kitabdakı cütlüyü "dillər əzbəri olan sevgi cütlüyü" adlandırmazdım.İlqarin Nailəyə olan sevgisini mən bele görmürəm. Əsərdə müxtəlif hadisələr baş verir və sonda baş qəhrəmanımıza qalan təkcə ümidləri olur. Nə qədər hərşeyin səbəbkari olaraq İlqarı görsəm də, Nailənin də bütün seçimlərinə haqq vermirəm. Ama onu bu vəziyyətlərə saldığı üçün əsas günahkar hələdə mənim fikrimde İlqar olaraq qalır.Hər şey fərqli ola bilərdi demək isteyirem ancaq belə də olmalı idi.Varisin başqa kitablarinda da buna tez tez rast gəlirəm sizin qınayacağınız, tənqid edəcəyiniz mövzuları,insanları ələ şəkildə yazır ki kitabın sonunda başqa cürde ola bilməzdi məhz bele olmali idi deyirsiz. Bu da ayrıca bir maraq qatır kitablara. Əsəri bitirdikdə içinizde xoş bir duyğu ilə birlikdə dərs götürməli olduğunuz bir çox hadisələr sizinlə qalır. Ümumi olaraq mənə görə desəm əsər sevgi janrında olmasada dram əsəri olaraq oxumağa dəyər bir kitabdır.
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,011 okunma
·
100 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.