Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

DÜN O GÖZLƏRDƏ
Dün o gözlərdə inliyən sevgi, O baxışlarda titrəyən xülya, Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar-sar əsirin eylərdi. Utanıb dün çiçək kibi qızaran, Şu yanaqlar bəharə bənzərdi. Gül dodaqlar əsər, susar, utanar, Gözlərin bildirirdi hər dərdi. Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq. Ləblərindən gülümsüyürdü həyat O zaman bən sənin əsirin idim, Çünki məsum idin, fəqət heyhat! Şimdi hər şey havaya savruldu, Böyüdün, bir qədər də oldun şən. Dillə "sevdim" diyorsan imdi, fəqət, Dinməmiş gözlərindən anladığım... Eşq yox, zövq yox, yetǝr! Get, Get!.. Nerdədir gördüyüm səmimiyyət, Niyə yavrum riyayə çevrildi?!
Sayfa 65
·
633 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.