Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bilirsiniz amok nə olan şeydir? - Amok? Deyəsən eşitmişəm...Malaylarda tiryək növüdür... -Tiryəkdən də betərdir. Adamı dəli eləyir, vəhşiyə döndərir, heç bir alkoqol bununla müqayisəyə gəlməz... Salam, hər vaxtınız xeyir olsun. Uzun-uzuuuun aradan sonra paylaşım edə bildim😊 Əslində oxuduğum kitablar çoxdur. Amma təhlillərini yazmağa, şəkillər çəkməyə son vaxtlar həvəs qalmayıb əvvəlki kimi🙁 nəysə keçək kitabımıza. “Amok” kiçik hekayə dadında bir kitab idi. Yenə də Zweig insan hisslərinə, düşüncələrə, insani duyğulara toxunaraq belə gözəl yazılmış kitab yazıb yaradıb və oxuculara ötürüb. Qısaca desək, yad ölkəyə təyinatla getmiş bir həkimin başına gələnləri oxuyuruq. Bir gün bir qadın ondan həyatı ilə bağlı vacib məsələdə kömək istəyir. Amma qadının məğrurluğu, dik başlılığına görə köməkdən imtina ediən həkim sonradan peşman olur. Və bundan sonra olanlar olur. O hissələri sadəcə heyrətlə oxudum. Həkimin o anlıq səhvindən sonra yaşadığı qorxu, təlaş, sonradan gələn peşmanlıq hissi, özü ilə apardığı mübarizə, düşdüyü boşluğun çarəsizliyini oxuyanda başa düşürsən ki, Zweig insani duyğuların dərinliyi hiss edərək yazır əsərlərini. Demirəm möhtəşəm idi, amma insanın öz özünü sorğulamağa sövq edən əsərdir. Oxuyun, oxutdurun. Kitabsız qalmayın🌸🩷
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.