Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Nizami Gəncəvi
Nizami Gəncəvi
—Dünyanın bədii fikir tarixinin möcüzəsi. Mənim fikrimcə,ümumilikdə Nizami Gəncəvi irsi hər dövr üçün aktual olan məsələlərin bir arada cəmlənmiş halıdır. Qəsidələri, qəzəlləri, rübailəri, ən əsası dünyaca məşhurlaşan Xəmsəsi Azərbaycan ədəbiyyatını bəzəyən incilərdir. Nizami Gəncəvi lirik əsərlərində ifadə etmək istədiyi fikirləri daha geniş formada öz poemalarında ifadə etməyə çalışmışdır və mükəmməl şəkildə buna nail olmuşdur. Azərbaycanın dahi şairinin yaradıcılığının mərkəzində İNSAN məfhumu dayanır. Onu narahat edən məsələlər müxtəlif olsa da, hər birinin ortaq nöqtəsi—yazıçının insanı daim ucalarda görmək istəməsidir. Hökmdar və rəiyyət münasibətləri ; əməyin,zəhmətin insan həyatındakı rolu; zalım, qəddar, zülmkar şəxslərin tənqidi ; insanlara qarşı mərhəmət,xeyirxahlıq hisslərinin ifadəsi və s. kimi mövzulara toxunmuş,ədəbiyyatı əsərləri ilə bəzəmişdir. Nizami Gəncəvi digər poemalarından (
Xosrov və Şirin
Xosrov və Şirin
;
Leyli və Məcnun
Leyli və Məcnun
;
Yeddi gözəl
Yeddi gözəl
; https://1000kitap.com/kitap/kitap--277468;
İskəndərnamə
İskəndərnamə
) fərqli olaraq
Sirlər Xəzinəsi
Sirlər Xəzinəsi
əsərində fikrini fərqli səpkidə ifadə etmişdir. Əsərdə öncə hər hansı bir mövzu ilə bağlı şairin subyektiv olaraq yanaşması (məqalətlər) sonra isə həmin məzmunun hekayə formasında əksi (hekayətlər) verilmişdir. Hər misrasında dərin məna olan bu əsər insanların dəfələrlə oxuyub da,hər dəfəsində də fərqli baxış bucağından baxacağı qəbildəndir. *** Ey bu qəm gəmisində ləngərlənən zavallı! Yük altında kürəyi qana dönən zavallı! Boğar səni bu dəniz, at yükünü, at, qaçaq, İnan ki, qarşındakı su yox, sərabdır ancaq.
Sirlər Xəzinəsi
Sirlər XəzinəsiNizami Gəncəvi · Lider Nəşriyyatı · 2004257 okunma
··
220 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.